Bakıda dəhşətli qəza: dörd nəfər öldü

03.12.2018 14:31
105
Bakıda dəhşətli qəza: dörd nəfər öldü

Bakıda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə dekabrın 2-də gecə saatlarında Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb. Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90-RR-974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi “KamAZ” markalı, 27-BM-301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. 


Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu, Qarayev Şahin Canəhməd oğlu və Əliyev Anar Qərib oğlu hadisə yerində, 1986-cı il təvəllüdlüCəlilov Tərlan Zakir oğlu isə xəstəxanada dünyasını dəyişib.


Avtomobildə olan digər sərnişin, 1989-cu il təvəllüdlü Qəribov Emin Qəribşah oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti stabildir.


Daxili İşlər Nazirliyi Pirallahı rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.


Verilən məlumata görə, hadisə dekabrın 1-də saat 23:00 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi “Chevrolet” markalı avtomobili yol ayırıcısına (səkiyə) vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.


Nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.


Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND