Lit­va azər­bay­can­lı­la­rı

06.09.2018 11:53
843
Lit­va azər­bay­can­lı­la­rı

Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi­ni ta­nı­dı­ğı ilk öl­kə­lər­dən bi­ri də Lit­va Res­pub­li­ka­sı­dır. İki öl­kə ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lər 1995-ci il no­yab­rın 27-də qu­ru­lub. 2007-ci il ap­re­lin 3-də Lit­va­nın Azər­bay­can­da, 6 sen­tyabr 2007-ci il­də isə Azər­bay­ca­nın Lit­va­da sə­fir­li­yi açı­lıb. Azər­bay­can Res­pub­li­ka­sı ilə Lit­va Res­pub­li­ka­sı ara­sın­da 35 sə­nəd im­za­la­nıb.


Lit­va Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Val­das Adam­ku­sun Azər­bay­ca­na rəs­mi sə­fə­ri za­ma­nı (8-9 iyun, 2006-cı il) im­za­la­nan "Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti və Lit­va Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Bir­gə Bə­yan­na­mə­si", Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin Lit­va­ya rəs­mi sə­fə­ri za­ma­nı (13 sen­tyabr 2007-ci il) Vil­nüs­də qə­bul olu­nan "Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin və Lit­va Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı haq­qın­da Bir­gə Bə­yan­na­mə­si", o cüm­lə­dən 7 ap­rel 2009-cu il ta­ri­xin­də Ba­kı­da im­za­la­nan "Azər­bay­can Res­pub­li­ka­sı Xa­ri­ci İş­lər Na­zir­li­yi ilə Lit­va Res­pub­li­ka­sı Xa­ri­ci İş­lər Na­zir­li­yi ara­sın­da si­ya­si dia­lo­qun güc­lən­di­ril­mə­si və əmək­daş­lıq haq­qın­da Me­mo­ran­dum" iki­tə­rəf­li mü­na­si­bət­lə­rə əsas­lı zə­min ya­ra­dan və əla­qə­lə­ri­mi­zi tən­zim­lə­yən əsas sə­nəd­lər­dən­dir (.mfa.gov.az).


Qeyd edək ki, Azər­bay­can di­as­po­ru­nun ge­niş for­ma­da fəa­liy­yət gös­tər­di­yi re­gi­on­lar­dan bi­ri də Bal­tik­ya­nı öl­kə­lər­dir. Re­gio­nun üç öl­kə­si - Lat­vi­ya, Lit­va və Es­to­ni­ya­ya za­man-za­man mü­ha­ci­rət edən soy­daş­la­rı­mız təd­ri­cən bu öl­kə­lə­rin cə­miy­yət­lə­ri­nə in­teq­ra­si­ya edə­rək bu re­gi­on­da Azər­bay­can di­as­po­ru­nu for­ma­laş­dı­rıb­lar.


Bal­tik öl­kə­lə­rin­də soy­daş­la­rı­mı­zın ən çox məs­kun­laş­dı­ğı ikin­ci döv­lət Lit­va­dır. Eks­pert­lər bil­di­rir­lər ki, döv­lət­lə­ra­ra­sı əla­qə­lə­ri­mi­zin ta­ri­xi on il­lər­lə yox, yüz il­lər­lə he­sab­lan­ma­lı­dır. Be­lə ki, hə­min əla­qə­lə­rin kök­lə­ri XV əs­rə ge­dib çı­xır. Ağ­qo­yun­lu və Sə­fə­vi döv­lət­lə­ri XV əs­rin ikin­ci ya­rı­sı və XVII əs­rin əv­vəl­lə­rin­də bir çox Av­ro­pa öl­kə­lə­ri ilə, o cüm­lə­dən Bö­yük Lit­va Knyaz­lı­ğı ilə ge­niş əla­qə­lər ya­ra­dıb­lar. Bu əla­qə­lər hər iki tə­rəf üçün qar­şı­lıq­lı si­ya­si və iq­ti­sa­di əhə­miy­yə­tə ma­lik idi. Ağ­qo­yun­lu döv­lə­ti­nin ba­ni­si Uzun Hə­sə­nin (1423-1478) Tax­tı­nın ya­nın­da Os­man­lı im­pe­ri­ya­sı, Ve­ne­si­ya Res­pub­li­ka­sı, Bö­yük Mosk­va Knyaz­lı­ğı, Qı­zıl Or­da, Ro­ma Pa­pa­lı­ğı, Avs­tri­ya, Ma­ca­rıs­tan, Çe­xi­ya, Al­ma­ni­ya, Bur­qun­di­ya, Nea­po­li­tan Kral­lı­ğı, Ro­dos, Kipr, Mi­sir, Hin­dis­tan, Qa­ra­man bəy­li­yi sə­fir­lə­ri ilə bə­ra­bər Bö­yük Lit­va Knyaz­lı­ğı­nın (1236-1569) nü­ma­yən­də­si də dip­lo­ma­tik fəa­liy­yət gös­tə­rib.


O da qeyd olu­nur ki, ha­zır­da Lit­va­da təx­mi­nən 1500 nə­fər­dən cox azər­bay­can­lı ya­şa­yır. Soy­daş­la­rı­mı­zın bu öl­kə­yə miq­ra­si­ya­sı II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra baş­la­yıb. Lit­va­nın Kau­nas, Vil­nus baş­da ol­maq­la, mux­tə­lif şə­hər və ra­yon­la­rın­da məs­kun­la­şan azər­bay­can­lı­lar əsa­sən ti­ca­ri sa­hə­də ça­lı­şır­lar. Bu­na bax­ma­ya­raq, döv­lət or­qan­la­rın­da da azər­bay­can­lı­la­ra rast gəl­mək olar. Lit­va azər­bay­can­lı­la­rı Azər­bay­ca­nın təb­li­ği, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si, Xo­ca­lı soy­qı­rı­mı ba­rə­də hə­qi­qət­lə­rin bu öl­kə­nin ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də fə­al iş apar­maq­da­dır­lar. Ha­zır­da Lit­va­da da bir ne­çə Azər­bay­can di­as­por təş­ki­la­tı fəa­liy­yət gös­tə­rir. Bu di­as­por təş­ki­lat­la­rın­dan bi­ri də Lit­va Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti­dir.


Lit­va Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti 1988-ci il­dən eti­ba­rən pay­taxt Vil­nüs­də fəa­liy­yət gös­tə­rir. Cə­miy­yət ola­raq Lit­va­da Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da, öl­kə­mi­zin zən­gin ta­ri­xi-mə­də­ni ir­si­nin təb­li­ğin­də ya­xın­dan iş­ti­rak edir­lər. Lit­va Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti­nin səd­ri Ma­hir Həm­zə­yev­dir.


Di­gər cə­miy­yət "Gü­nəş" As­so­sia­si­ya­sı­dır ki, o da 2006-cı il­dən fəa­liy­yət gös­tə­rir. "Gü­nəş" As­so­sia­si­ya­sı­nın səd­ri Sa­dıq Nu­rul­la­yev­dir. Vil­nüs Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti isə 2007-ci il, yan­va­rın 10-da tə­sis edi­lib. Vil­nüs Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti əsas fəa­liy­yə­ti­ni iki öl­kə ara­sın­da əla­qə­lə­rin in­ki­şaf et­di­ril­mə­si, Lit­va­da Azər­bay­ca­nın təb­li­ği­nə yö­nəl­dib. Vil­nüs Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti­nin səd­ri Zə­kə­riy­yə Pir­saa­tov­dur. Vil­nüs dai­rə­si Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti-Cə­miy­yət 2007-ci il­dən fəa­liy­yət gös­tə­rir. Vil­nüs dai­rə­si Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti­nin səd­ri El­şad Sa­la­mov­dur ("olay­lar.az").


Qeyd et­di­yi­miz ki­mi, Azər­bay­ca­nın xa­ri­ci öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı ara­sın­da Lit­va­da fəa­liy­yət gös­tə­rən ic­ma­lar xü­su­si yer tu­tur. On­la­rın çox­şa­xə­li fəa­liy­yə­ti­nin əsas məq­səd və və­zi­fə­lə­rin­dən bi­ri Azər­bay­can hə­qi­qət­lə­ri­nin Lit­va­da ya­yım­lan­ma­sı ilə bağ­lı təb­li­ğat iş­lə­ri­ni apar­maq­dır.


Eks­pert­lə­rin fik­rin­cə, bu sa­hə­də xü­su­si­lə önəm ve­ri­lən mü­hüm mə­sə­lə­lər - Qa­ra­bağ mü­na­qi­şə­si, Er­mə­nis­tan-Azər­bay­can mü­na­si­bət­lə­ri, onun geo­si­ya­si sə­bəb­lə­ri, əsl ma­hiy­yə­ti və nə­ti­cə­lə­ri, xal­qı­mı­zın əsr­lər bo­yu mə­ruz qal­dı­ğı haq­sız­lıq­lar, azər­bay­can­lı­la­ra qar­şı tö­rə­dil­miş ter­ror və soy­qı­rı­mı akt­la­rı, apa­rıl­mış et­nik tə­miz­lə­mə­lər, Xo­ca­lı soy­qı­rı­mı ba­rə­də ob­yek­tiv bil­gi­lə­ri Lit­va ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq və bu ba­xım­dan öl­kə­də ic­ti­mai fik­rin doğ­ru is­ti­qa­mət­də for­ma­laş­ma­sı­na yar­dım gös­tər­mək­dir. Ey­ni za­man­da er­mə­ni di­as­po­ru və lob­bi­si­nin uzun il­lər­dən bə­ri apar­dı­ğı fəa­liy­yət nə­ti­cə­sin­də öl­kə­də ya­ran­mış yan­lış tə­səv­vür­lə­ri ara­dan qal­dır­maq və sö­zü­ge­dən ta­ri­xi fa­ciə­lə­ri Lit­va si­ya­si dai­rə­lə­ri­nin mü­za­ki­rə­si­nə çı­xar­maq, hə­min fakt­la­ra hü­qu­qi və si­ya­si qiy­mə­tin ve­ril­mə­si üçün ça­lış­maq, Er­mə­nis­tan döv­lə­ti­nin iş­ğal­çı si­ya­sə­ti­ni if­şa et­mək və bey­nəl­xalq hü­qu­qun ha­mı­lıq­la qə­bul edil­miş nor­ma­la­rı əsa­sın­da tə­ca­vüz­ka­rı cə­za­lan­dır­maq məq­sə­di ilə ad­dım­lar atı­lır. Bu ilin əv­və­lin­də Vil­nüs­də ke­çi­ri­lən Xo­ca­lı soy­qı­rı­mı ilə bağ­lı təd­bir də Lit­va­da­kı ic­ma­la­rın fəa­liy­yə­ti­nin bir sa­hə­si­dir. Hey­dər Əli­yev Fon­du­nun tə­şəb­bü­sü ilə hə­ya­ta ke­çi­ri­lən "Xo­ca­lı­ya əda­lət!" bey­nəl­xalq kam­pa­ni­ya­sı çər­çi­və­sin­də Azər­bay­ca­nın Lit­va­da­kı sə­fir­li­yi bu öl­kə­nin Sey­min­də­ki Azər­bay­can ilə par­la­ment­lə­ra­ra­sı əla­qə­lər üz­rə qrup və Av­ro­pa Azər­bay­can Cə­miy­yə­ti (TE­AS) ilə bir­gə Vil­nüs şə­hər Sa­ra­yın­da Xo­ca­lı soy­qı­rı­mı qur­ban­la­rı­nın xa­ti­rə­si­nə həsr olun­muş anım mə­ra­si­mi ke­çi­rib. Mə­ra­sim­də Lit­va Sey­min­də Azər­bay­can ilə par­la­ment­lə­ra­ra­sı əla­qə­lər üz­rə qru­pun, döv­lət qu­rum­la­rı­nın, bu öl­kə­də akk­re­di­tə olun­muş dip­lo­ma­tik mis­si­ya­la­rın rəh­bər­lə­ri və əmək­daş­la­rı, ta­nın­mış ic­ti­mai-si­ya­si xa­dim­lər, jur­na­list­lər də da­xil ol­maq­la 200-dən ar­tıq nü­ma­yən­də iş­ti­rak edib.


Azər­bay­ca­nın Lit­va­da­kı sə­fi­ri Hə­sən Məm­məd­za­də Xo­ca­lı soy­qı­rı­mı­nı XX əs­rin əv­vəl­lə­rin­dən baş­la­ya­raq er­mə­ni­lər tə­rə­fin­dən azər­bay­can­lı­la­ra qar­şı mün­tə­zəm ola­raq hə­ya­ta ke­çi­ri­lən et­nik tə­miz­lə­mə və soy­qı­rı­mı si­ya­sə­ti­nin ən qan­lı sə­hi­fə­si ad­lan­dı­rıb. "Xo­ca­lı­ya əda­lət!" kam­pa­ni­ya­sı­nın Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da əhə­miy­yə­ti­ni vur­ğu­la­yan sə­fir Xo­ca­lı soy­qı­rı­mı­nı rəs­mi ola­raq ta­nı­yan öl­kə­lə­rin sa­yı­nın hər il art­dı­ğı­nı bil­di­rib. Lit­va Sey­mi­nin in­san hü­quq­la­rı üz­rə ko­mi­tə rəh­bə­ri, Azər­bay­can ilə par­la­ment­lə­ra­ra­sı əla­qə­lər üz­rə qru­pun səd­ri Va­le­ri­us Si­mu­lik Xo­ca­lı soy­qı­rı­mı­nın ən qan­lı fa­ciə­lər­dən bi­ri ol­du­ğu­nu de­yib, bu­nun­la bağ­lı rəh­bər­lik et­di­yi qru­pun adın­dan və öz adın­dan Azər­bay­can döv­lə­ti­nə və xal­qı­na də­rin hüzn­lə baş­sağ­lı­ğı ve­rib. O, bə­şə­riy­yə­tə qar­şı tö­rə­dil­miş bü­tün əməl­lə­ri qı­na­dıq­la­rı­nı qeyd edə­rək, Lit­va­nın Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü da­im dəs­tək­lə­di­yi­ni vur­ğu­la­yıb. TE­AS-ın Fran­sa­da­kı nü­ma­yən­də­li­yi­nin rəh­bə­ri Eli­za Pi­ter 25 il ön­cə Xo­ca­lı­da 613 nə­fə­rin, o cüm­lə­dən qa­dın, qo­ca və uşaq­la­rın qəd­dar­ca­sı­na qət­lə ye­ti­ril­di­yi­ni qeyd edib, bu qət­lia­mı tö­rət­miş ci­na­yət­kar­la­rın bey­nəl­xalq mə­su­liy­yə­tə cəlb olun­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yıb.


Lit­va Azər­bay­can­lı­la­rı İc­ma­sı­nın səd­ri Ma­hir Həm­zə­yev Xo­ca­lı ha­di­sə­lə­ri­nin baş ver­mə­sin­də Er­mə­nis­ta­nın keç­miş pre­zi­den­ti Ro­bert Ko­çar­ya­nı Serj Sar­kis­ya­nı, keç­miş mü­da­fiə na­zi­ri Sey­ran Ohan­ya­nı gü­nah­lan­dı­rıb və o dövr­də er­mə­ni hər­bi bir­ləş­mə­lə­ri­nə rəh­bər­lik edən pre­zi­dent S.Sar­kis­ya­nın bri­ta­ni­ya­lı məş­hur jur­na­list To­mas de Vaa­la Xo­ca­lı fa­ciə­si ilə bağ­lı ver­di­yi mü­sa­hi­bə­sin­dən si­tat­lar gə­ti­rib.


Xa­tır­la­daq ki, Lit­va­da­kı di­as­por təş­ki­lat­la­rı iki öl­kə­nin mə­də­ni əla­qə­lə­rin in­ki­şa­fın­da da öz töh­və­lə­ri­ni ve­rir­lər. 2017-ci ilin fev­ra­lın­da Azər­bay­can­da­kı "Elm və təh­sil" nəş­riy­ya­tın­da Lit­va Azər­bay­can­lı­lar Cə­miy­yə­ti­nin səd­ri Ma­hir Həm­zə­ye­vin "Ki­ta­bi-Də­də Qor­qud" Bal­tik xalq­la­rı­nın di­lin­də" mo­noq­ra­fi­ya­sı çap­dan çı­xıb. M.Həm­zə­yev bil­di­rib ki, bu mo­noq­ra­fi­ya Azər­bay­can və Bal­tik öl­kə­lə­ri ədə­biy­yat­şü­nas­lı­ğın­da bu möv­zu­ya həsr edil­miş ilk təd­qi­qat işi­dir: "Ki­ta­ba "Ki­ta­bi-Də­də Qor­qud" epo­su­nun Lit­va, la­tış və es­ton dil­lə­ri­nə tər­cü­mə­lə­ri ilə əla­qə­dar mü­əl­li­fin apar­dı­ğı ədə­biy­yat­şü­nas­lıq və linq­vis­tik araş­dır­ma­la­rı­nın ori­ji­nal nə­ti­cə­lə­ri, bu epo­sun öy­rə­nil­mə­si­nə da­ir Es­to­ni­ya və Lat­vi­ya mü­əl­lif­lə­ri­nin ən mü­hüm mə­də­niy­yət­şü­nas­lıq iş­lə­ri­nin təh­li­li və qiy­mət­lən­di­ril­mə­si, ha­be­lə adı çə­ki­lən tər­cü­mə­lər­lə əla­qə­dar Bal­tik öl­kə­lə­ri ədə­biy­yat­şü­nas­la­rı­nın rəy­lə­ri­nin ana­li­tik ic­ma­lı da­xil edi­lib. Bu mo­noq­ra­fi­ya­nın əsas məq­sə­di Azər­bay­can folk­lo­ru­nun bu möh­tə­şəm və qiy­mət­li abi­də­si haq­qın­da 1940-cı il­dən baş­la­ya­raq Bal­tik öl­kə­lə­ri­nin ədə­bi və el­mi nəşr­lə­rin­də dərc edil­miş el­mi-pub­li­sis­tik ma­te­ri­al­la­rın top­lan­ma­sı, öy­rə­nil­mə­si və ümu­mi­ləş­di­ril­mə­si olub. Mo­noq­ra­fi­ya­ya na­dir bib­li­oq­ra­fik fakt­lar və bu epo­sun 1978-2013-cü il­lər­də es­ton, la­tış və Lit­va dil­lə­ri­nə tər­cü­mə­lə­ri­nin təd­qi­qi sa­hə­sin­də kəşf­lər da­xil edi­lib. Azər­bay­can xal­qı­nın et­nik və mə­də­ni ir­si­nin qə­dim abi­də­si olan "Ki­ta­bi-Də­də Qor­qud" epo­su­nun Bal­tik xalq­la­rı­nın dil­lə­rin­də nəşr edil­mə­si ço­xəsr­lik Azər­bay­can-Bal­ti­ka mə­də­ni əla­qə­lə­ri ta­ri­xin­də par­laq bey­nəl­xalq ədə­bi-mə­də­ni ha­di­sə­dir. Mo­noq­ra­fi­ya­da gös­tə­ri­lən tər­cü­mə­lər və araş­dır­ma­lar, Bal­tik xalq­la­rı­nın aka­de­mik dai­rə­lə­ri­nin nü­ma­yən­də­lə­ri tə­rə­fin­dən bu epo­sun öy­rə­nil­mə­si, onun es­ton, la­tış və Lit­va dil­lə­rin­də nəşr­lə­ri, ha­be­lə bu epos haq­qın­da Bal­tik öl­kə­lə­rin­də nəşr edil­miş əsər­lər, heç şüb­hə­siz, "Ki­ta­bi-Də­də Qor­qud"un dün­ya xalq­la­rı­nın mə­nə­vi də­yər­lə­ri xə­zi­nə­si­nə da­xil ol­ma­sı­nı əks et­di­rən zən­gin el­mi sal­na­mə­nin ori­ji­nal və qiy­mət­li sə­hi­fə­si­dir".


Aka­de­mik İsa Hə­bib­bəy­li­nin bu ki­ta­ba ön söz ki­mi yaz­dı­ğı "Qor­qud müd­rik­li­yi və müa­sir­lik" ad­lı mə­qa­lə­sin­də qeyd edi­lir ki, Azər­bay­can xalq ədə­biy­ya­tı abi­də­si olan "Ki­ta­bi-Də­də Qor­qud" qəh­rə­man­lıq epo­su­nun Bal­tik xalq­la­rı­nın dil­lə­ri­nə tər­cü­mə edil­mə­si və hə­min öl­kə­lər­də bu epos­la bağ­lı təd­qi­qat­lar mü­hüm ha­di­sə­dir. İ.Hə­bib­bəy­li­nin söz­lə­ri­nə gö­rə, M.Həm­zə­yev epo­sun tər­cü­mə­lə­ri­ni öy­rə­nir və hə­min öl­kə­lər­də apa­rıl­mış təd­qi­qat­la­rın mü­hüm nə­ti­cə­lə­ri­ni Azər­bay­ca­nın ge­niş ic­ti­ma­iy­yə­ti­nə təq­dim edir. Bu nə­ti­cə­lər, ey­ni za­man­da, Azər­bay­can qor­qud­şü­nas­lı­ğı­nın qiy­mət­li Bal­tik sə­hi­fə­lə­ri­dir. Bun­dan baş­qa, 2017-ci ilin sen­tyabrr ayın­da lit­va­lı jur­na­list Qin­ta­ras Vi­sots­ka­sın yaz­dı­ğı "Qa­ra Ba­ğın fa­ciə­si" ("Tra­qe­diə Çer­no­qo Sa­da") ad­lı ki­tab və jur­na­list Leo­nas Yur­şa­nın mü­əl­li­fi ol­du­ğu "Si­ya­sət­çi­lə­rin xalq­la­rın ta­le­lə­ri­ni də­yiş­dir­miş qə­rar­la­rı" ("Re­şe­niə po­li­ti­kov, iz­me­niv­şie sudğ­bı na­ro­dov") ad­lı ki­tab­ça Lit­va di­lin­dən rus di­li­nə tər­cü­mə olu­na­raq nəşr edi­lib. Ki­tab­lar­da er­mə­ni­lə­rin iki əsr ön­cə Tür­ki­yə və İran əra­zi­lə­rin­dən Azər­bay­can əra­zi­lə­ri­nə və bü­töv­lük­də Cə­nu­bi Qaf­qa­za kö­çü­rül­mə­sin­dən, son yüz il ər­zin­də er­mə­ni mil­lət­çi­lə­ri tə­rə­fin­dən Azər­bay­can xal­qı­na qar­şı tö­rə­dil­miş ter­ror akt­la­rı, et­nik tə­miz­lə­mə, küt­lə­vi qır­ğın­lar­dan, həm­çi­nin Azər­bay­can əra­zi­lə­ri­nin iş­ğa­lın­dan bəhs olu­nur (di­as­por.az).


Son ola­raq qeyd edək ki, Azər­bay­can di­as­po­ra­sı bir sı­ra sər­gi­lər­də də Azər­bay­ca­nı la­yi­qin­cə təm­sil edir­lər. Be­lə ki, Lit­va par­la­men­tin­də təş­kil olu­nan mil­li ic­ma­la­rın sər­gi­sin­də Azər­bay­can da təm­sil olu­nub. "Lit­va mil­li ic­ma­la­rı: ta­ri­xin yol­la­rı ilə" ad­lı sər­gi­də iyir­mi mil­li ic­ma­nın ya­ran­ma ta­ri­xi, bu öl­kə­də tə­şək­kül tap­ma­la­rı­nın ic­ti­mai-si­ya­si şə­rai­ti, mə­də­niy­yə­ti, mad­di ir­si və bu­gün­kü fəa­liy­yə­ti haq­qın­da bil­gi­lər və fo­to­gö­rün­tü­lər yer alıb.


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND