Vasif Talıbov - səhiyyə işçilərinin maaşı iyunun 1-dən 50 faiz artırılacaq


26.01.2019 09:50
1194
Vasif Talıbov - səhiyyə işçilərinin maaşı iyunun 1-dən 50 faiz artırılacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, sərəncama əsasən, Şərur rayonunda icbari tibbi sığorta tətbiq edilib. Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib.


Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il iyunun 1-dən həmin publik hüquqi şəxslərin fəaliyyətlərini təmin etsin.


Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il iyunun 1-dən 50 faiz artılacaq.


Ekspress.az

Açar sözlər: