Pensiyalar bu qədər artacaq - 6 manat 25 qəpiyə qədər

07.01.2019 22:16
485
Pensiyalar bu qədər artacaq - 6 manat 25 qəpiyə qədər

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Bununla bağlı nazir onu da əlavə edib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təqdim olunmalıdır.



Ekspress.az xəbər verir ki, tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib ki, DSK-dan gözlənilən rəqəm illik inflyasiya göstəricisidir: “Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 2,5 faizdən çox olmayacaq. Belə olan halda da pensiyalar ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək”.



Q.İbadoğlu bildirib ki, pensiyası 130 manat olanlar üçün 3 manat 25 qəpik, 150 manat olanlar üçün artım 3 manat 75 qəpik, 180 manat olanlar üçün artım 4 manat 50 qəpik, 200 manat olanlar üçün artım 5 manat, 220 manat olanlar üçün artım 5 manat 50 qəpik, 250 manat olanlar üçün artım 6 manat 25 qəpik artım gözlənilir.



“Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”, - deyə iqtisadçı ekspert bildirib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND