• 13 °C Bakı
  • 8 °C Quba
  • 10 °C Gəncə
  • 8 °C Yevlax
  • 6 °C Naxçıvan

Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alındı

21.01.2019 22:15
318
Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alındı

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən Azərbaycanın Goranboy rayonundan olan Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.


Ekspress.az Ukrayna mediasına istinadən xəbər verir ki ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.

 

Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb.

 

Prezident seçkiləri martın 31-də keçiriləcək.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND