"Diriliş Ərtuğrul" izləyicilərinə pis xəbər

06.01.2019 02:18
161
"Diriliş Ərtuğrul" izləyicilərinə pis xəbər

Türkiyənin TRT 1 kanalında yayımlanan və Azərbaycanda da maraqla izlənilən “Diriliş Ərtuğrul” serialı bu həftə yayımlanmayacaq.


Ekspress.az "kult.az"a istinadla xəbər verir ki, serialın növbəti bölümü yanvarın 16-da efirə gedəcək. Ekran işinin bu həftə hansı səbəbdən yayımlanmayacağı hələlik məlum deyil.


Qeyd edək ki, tarixi mövzuda olan “Diriliş Ərtuğrul” serialında türkiyəli məşhur aktyorlarla yanaşı, Azərbaycanda hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı, yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov da rol almışdı.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND