• 8 °C Bakı
  • 3 °C Quba
  • 8 °C Gəncə
  • 8 °C Yevlax
  • 6 °C Naxçıvan

Fransada "sarı jiletlilər”in yeni aksiyası başladı

05.01.2019 16:14
143
Fransada "sarı jiletlilər”in yeni aksiyası başladı

Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Yelisey çölü prospektinə toplaşıb.


Ekspress.az xarici mətbuata istinadla xəbər verir ki, hakimiyyətlə yanvarın 5-də paytaxtda iki etiraz aksiyasının keçirilməsi razılaşdırılıb.

 

Onlardan biri Fransa parlamentinin binasının qarşısında, o biri isə Yelisey çölündə başa çatacaq. Aksiya yerli vaxtla saat 17.00-dək (Bakı vaxtı ilə saat 20-dək) davam edəcək.

 

Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.

 

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı “sarı jiletlilər”in aksiyası başlayıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND