Millimizin sabiq futbolçusu "Qəbələ"də

15.06.2019 19:23
130
Millimizin sabiq futbolçusu "Qəbələ"də

2019-2020-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 


“Qırmızı-qaralar” Sadiq Quliyevlə 1 illik müqavilə imzalayıb. 


“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 2020-ci ilə qədər bu komandanın formasını geyinəcək.


Sadiqin Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib. Müdafiəçi bu müddətdə 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib (APA).


“Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində oynayıb. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib. Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.


Qeyd edək ki, “Qəbələ” bunadək Kamal Mirzəyevlə müqavilə imzalayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND