Azərbaycanda tələbələrin köçürülməsinə start verildi

01.02.2019 09:22
311
Azərbaycanda tələbələrin köçürülməsinə start verildi

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanıb.


Ekspress.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. 


Tələbələrin köçürülməsi ilə bağlı daha geniş məlumatı https://transfer.edu.az/az/faq linkinə daxil olmaqla əldə edə bilərsiniz.


Ekspress.az