Şeyx Kralla görüşdü - FOTO



02.09.2019 17:52
75
Şeyx Kralla görüşdü - FOTO

Bu gün Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Ciddə şəhərində yerləşən əs-Səlam kral sarayında Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini qəbul edib.


Ekspress.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Kral həzrətlərinə Azərbaycan Respublikasının prezidenti, Zati-aliləri İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb.


Öz növbəsində, Kral Salman Şeyxülislam Paşazadədən öz salamlarını İlham Əliyev cənablarına çatdırmasını xahiş edib.


Qəbul əsnasında tərəflər iki dost dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar.


Hacı Allahşükür Paşazadə Kral Salman bin Əbdüləzizin Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyinin Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.


Hər il olduğu kimi bu il də Həcc ziyarətinin çox gözəl təşkil edildiyini qeyd edən Şeyxülislam həzrətləri bütün azərbaycanlı hacılar adından Krala təşəkkürünü bildirib, iki dövlət arasındakı münasibətlərin bütün İslam aləmi üçün bir nümunə olmasını diləyib.


Şeyx Kralla görüşdü -FOTO(unikal)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND