Mənim əsas vəzifəm budur - Müdafiə naziri


18.06.2019 10:53
158
Mənim əsas vəzifəm budur - Müdafiə naziri

Müdafiə nazirinin əsas vəzifəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın tapşırıqlarını orduda icra etmək və ordunu müharibəyə hazırlaşdırmaqdır.


Ekspress.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.


Nazir bildirib ki, Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir:


"Ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir" (apa).


Z.Həsənov qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.


Ekspress.az

Açar sözlər: