Türkiyədə helikopter qəzası: yaşayış kompleksinin ərazisinə düşdü


11.02.2019 21:11
169
Türkiyədə helikopter qəzası: yaşayış kompleksinin ərazisinə düşdü

İstanbulun Çekməköy rayonunda hərbi helikopter qəzaya uğrayaraq yaşayış kompleksinin ərazisinə düşüb.


Ekspress.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində bir əsgər həlak olub, üçü isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşları və xilasedicilər cəlb olunub.


Qəza ilə bağlı araşdırma aparılır.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND