2018-ci ildə dünyada ən çox qol vuran 3 futbolçu

01.01.2019 18:49
587
2018-ci ildə dünyada ən çox qol vuran 3 futbolçu

2018-ci ildə bütün çempionatlarda ən çox qol vuran 3 futbolçunun adı məlum olub.


Ekspress.az xəbər verir ki, birinci yeri 59 qolla (40 oyun) Qətərin "Əl-Sədd" klubunda çıxış edən Bağdad Bunejad tutub.


"Barselona"nın argentinalı ulduzu Lionel Messi isə 51 qolla (54 oyun) ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Messi 2018-ci ildə Avropada ən çox qol vuran futbolçudur.


"Real Madrid"dən "Yuventus"a transfer olunnan Kriştianu Ronaldo isə ötən il bu iki klubda 49 qol (53 oyun) vurmaqla 2018-ci ilin ən çox qol vuran 3-cü futbolçusu olub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND