• 20 °C Bakı
  • 18 °C Quba
  • 26 °C Gəncə
  • 24 °C Yevlax
  • 27 °C Naxçıvan

"Barselona" "El Klassiko"da yenə qalib gəldi - FOTO

03.03.2019 01:40
392
"Barselona" "El Klassiko"da yenə qalib gəldi - FOTO

İspaniya La Liqasında 26-cı turun mərkəzi qarşılaşması keçirilib.


Ekspress.az xəbər verir ki, Madriddə əzəli rəqiblər "Real" və "Barselona" üz-üzə gəlib.


"El Klassiko"nun bu dəfəki qalibi də "Barselona" olub. Oyunda yeganə qolu 26-cı dəqiqədə katalonların xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç vurub. Matçın sonunda "Barsa"nın heyətində Lionel Messi fərqlənməyə çox yaxın olub. Onun cərimə meydançası daxilindən qüvvətli zərbə ilə vurduğu top azca qapıdan aralı keçib.


"Real Madrd" - "Barselona" 0-1.


Bu qələbə nəticəsində aktivinə növbəti 3 xalı yazdıran "Barselona" ümumi xalını 60-a yüksəldib və liderliyini bir qədər də möhkəmlədib. "Real" isə 48 xalla 3-cü pillədə qalıb. Turnir cədvəlinin 2-ci pilləsində isə 50 xalla "Atletiko Madrid" qərarlaşıb.


Xatırladaq ki, cari mövsümdə La Liqada bu komandalar arasında keçirilmiş ilk qarşılaşma da Kataloniya klubunun qələbəsi ilə başa çatıb. "Barselona" Nou Kampda əzəli rəqibini 5-1 hesabı ilə darmadağın edib.


Onu da qeyd edək ki, martın 27-də İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında da "Real" doğma meydanda "Barselona"ya 0-3 hesabı ilə məğlub olaraq Kubokla vidalaşıb. Bundan öncəki yarımfinal matçı isə 1-1 hesabı ilə yadda qalmışdı.


Beləliklə, 2018-2019-cu il mövsümündə İspaniya çempionatlarında baş tutan "El Klassiko"larda "Kral klubu" "Barsa"ya qalib gələ bilməyib.


AQİL

  • SON XƏBƏR
  • TREND