SOCAR həşəratla bağlı araşdırmaya başladı

10.10.2018 12:11
201
SOCAR həşəratla bağlı araşdırmaya başladı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə Neft Daşlarındakı sexdə bişirilən çörəyin içərisindən həşərat çıxdığını iddia edib.


SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a məsələ ilə bağlı araşdırma aparıldığını, nəticələr barədə məlumat veriləcəyini bildirib.


Qeyd edək ki, hüquq müdafiəçisi “Azneft İB” baş direktoru Daşqın İskəndərova səslənib. Həşərata işarə edərək, onun "Xəzər İaşə MMC”nin istehsalı olan çörəyin içindən çıxdığını vurğulayıb.


Ekspress.az

Açar sözlər: