AYB-nin Gənclər Şurasına yeni sədr seçilib

11.07.2019 18:20
37
AYB-nin Gənclər Şurasına yeni sədr seçilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının yeni sədr və sədr müavini seçilib.


Ekspress.az xəbər verir ki, AYB-dən verilən məlumata görə, bununla bağlı AYB Katibliyinin toplantısında qərar qəbul edilib.


Toplantıda İdarə Heyətinin, Ağsaqqallar Şurasının, Gənclər Şurasının tərkibinə əlavə və dəyişikliyin edilməsi, Etika Komissiyasının yaradılması məsələləri gündəliyə salınıb.


Yığıncaqda sərəncamla xalq yazıçısı, xalq şairi fəxri adlarına layiq görülmüş şəxslər AYB İdarə Heyəti üzvlüyündən çıxarılaraq Ağsaqqallar Şurasının üzvlüyünə keçirilməsi qərara alınıb. Eyni zamanda AYB İdarə Heyətinə yeniləri üzv qəbul olunub. Bundan başqa, şair Fərid Hüseyn Gənclər Şurasının sədri, yazıçı Cavid Zeynallı isə sədr müavini seçilib.

Toplantıda son zamanlar ayrı-ayrı şəxslərin Azərbaycan Yazıçılar Birliyinə, klassik yazıçılara qarşı təhqiramiz ifadələr işlətməsi, irəli sürülən əsassız ittihamların araşdırılması, Birliyin Nizamnaməsindən irəli gələn qaydalara riayət etməyən üzvlərin müəyyən olunması məqsədilə Etika Komissiyası yaradılıb. Xalq yazıçısı Mövlud Süleymanlı Komissiyanın sədri, tənqidçi, professor Rahid Ulusel isə sədrin müavini seçilib (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND