• 25 °C Bakı
  • 22 °C Quba
  • 29 °C Gəncə
  • 28 °C Yevlax
  • 28 °C Naxçıvan

Azərbaycanda daha bir BOKT yaradılıb


16.05.2019 14:19
28
Azərbaycanda daha bir BOKT yaradılıb

Vergilər Nazirliyi "MJ Financial Services" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.


Ekspress.az xəbər verir ki, yeni kredit təşkilatının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1 963, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən cəmi 10 manat çox - 300 010 manat, qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur.


Qeyd edək ki, adı çəkilən ünvanda həm də bu ilin mart ayında "MJ Lizinq" MMC qeydiyyatdan keçib. Ünvan amili, eləcə də iki maliyyə qurumunun adındakı oxşarlıq onların sahiblərinin eyni şəxs və yaxud şəxslər olmasından xəbər verir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND