Elnarə Xəlilova müğənni olan xalası qızından DANIŞDI - FOTO

17.06.2019 13:44
105
Elnarə Xəlilova müğənni olan xalası qızından DANIŞDI - FOTO

Tanınmış müğənni Elnarə Xəlilova Publika.az-a müsahibə verib. Ekspress.az həmin müsahibəni təqdim edir:


Elnarə xanım, bir neçə janrda ifa etməyi bacaran istedadlı sənətçilərdənsiniz. Maraqlıdır ki, özünüzə xüsusilə yaxın olan janr hansıdır?


- Özüm-özümü təkrarlamaqdan bezən və yorulan adamam. Müxtəliflik sevirəm, eyni üslubda nə qədər mahnı ifa etmək olar. Təbii ki, müxtəlif janrlarda ifa etmək hər kəsin bacardığı iş deyil. Musiqi karyerama cazla başlamışam. 19 yaşında Vaqif Gərayzadənin rəhbəri olduğu "W-trio" qrupunda çıxış etməzdən əvvəl caz oxuyurdum. Daha sonra qrup yarandı və biz orada pop musiqilər oxumağa başladıq. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə start verdim və R&B janrına keçdim. Ailə qurduqdan sonra Milli Konservatoriyaya daxil oldum və bir müddət muğam öyrəndim. Tar-kamanla efirlərə çıxıb muğam ifa etdim. Bir müddət də rokla maraqlanmağa başladım.


İki il "Rokband"la konsertlər vermişəm. Daha sonra pop musiqisinin bir başqa versiyasına qayıtdım. Odur ki, daim axtarışdayam, hətta texno musiqi belə ifa etmişəm. Özüm özümü təkrar etməkdən zəhləm gedir.


Sadaladığım musiqi janrlarının hər birinin keyfiyyətli forması var. Peşəkar kimi istənilən janrda keyfiyyətli olan musiqini sevirəm. Hansı janrda olmasının fərqi yoxdur, əsas odur ki, keyfiyyətli olsun. Oxuduğum janrların hamısında özümü çox rahat hiss edir, sevir və bacarıram.


Azərbaycanda bir neçə janrda ifa edən ifaçılardan kimi özünüzə rəqib görürsünüz?


- Açığı, rəqib görmürəm. Çox ciddi sözümdür. Müxtəlifliyə can atmaq və hər birinin öhdəsindən gəlmək olduqca çətindir. İnsanlar özünə bir tərz seçir və uzun illər eyni tərzi ifa edir. Eyni lirik və ya eyni ritmik mahnılar yazdırırlar. Nə qədər eyni tərzi dinləmək olar... Mən yaradıcılığımda belə eyniliyi davam etdirə bilmərəm.


Tələbələrim arasında gələcəkdə yolumu davam etdirən çox istedadlı və çoxşaxəli gənclər var. Aralarında həm klassik musiqi, həm hip-hop, həm də xalq mahnılarımızı məharətlə ifa edən tələbələr var.


Xalanız qızı Mina Hüseyn bu yaxınlarda “O Səs Türkiyə”dəki çıxış ilə diqqət çəkmişdi. Onun fəaliyyətini necə qiymətləndirirsiniz?


- Normal. Uşaqlardan və işlərimdən dolayı Minanın fəaliyyətini yaxından izləməyə vaxtım qalmır. Xəbərim olmadığı üçün geniş fikir də bildirə bilmirəm.


Şəxsi münasibətləriniz necədir?


- Normal xalaqızı kimi.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND