Skan­di­na­vi­ya azər­bay­can­lı­la­rı bir­gə fəa­liy­yət gös­tə­rə­cək

07.11.2018 19:36
766
Skan­di­na­vi­ya azər­bay­can­lı­la­rı bir­gə fəa­liy­yət gös­tə­rə­cək

Azər­bay­can di­as­po­ru­nun fə­al­lıq gös­tər­di­yi öl­kə­lər sı­ra­sın­da Skan­di­na­vi­ya öl­kə­lə­ri­nin də adı var. Re­gio­na da­xil olan İs­veç, Nor­veç, Da­ni­mar­ka və Fin­lan­di­ya­da ha­zır­da on­lar­la Azər­bay­can di­as­por təş­ki­la­tı möv­cud­dur. Bu təş­ki­lat­la­rın hər bi­ri­nin ay­rı-ay­rı­lıq­da Azər­bay­can hə­qi­qət­lə­ri­ni dün­ya­ya çat­dır­maq­da öz ro­lu var.


Bu gün Skan­di­na­vi­ya öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı sı­ra­sın­da İs­veç­də­ki təş­ki­lat­la­rı­mız xü­su­si­lə fərq­lə­nir. İs­veç­də ya­şa­yan soy­daş­la­rı­mı­zın təq­ri­bi sa­yı 30 min nə­fə­ri ke­çib. Han­sı ki, ötən il­lər ər­zin­də or­da­kı azər­bay­can­lı­lar fə­al təb­li­ğat işi apa­ra bi­lib­lər.


Azər­bay­can­lı­lar İs­ve­çin bir çox şə­hər­lə­rin­də məs­kun­la­şıb­lar. İs­veç­də cə­nu­bi azər­bay­can­lı­lar çox­luq təş­kil edir. On­la­rın ək­sə­riy­yə­ti 20 il­dən çox­dur İs­veç­də ya­şa­yır və bu öl­kə­nin cə­miy­yə­ti­nə ar­tıq uy­ğun­la­şıb. Azər­bay­can Res­pub­li­ka­sın­dan olan miq­rant­lar, əsa­sən, son il­lər ər­zin­də İs­ve­çə mü­ha­ci­rət edən­lər­dir ("olay­lar.az"). Azər­bay­ca­nın dəs­tə­yi­nə eh­ti­yac­la­rı­nı giz­lət­mə­yən İs­veç azər­bay­can­lı­la­rı in­for­ma­si­ya sa­hə­sin­də bir qə­dər fə­al­dır­lar. Soy­daş­la­rı­mız bu­ra­da "Tri­bun", "Var­lıq", "Azər­bay­can", "Araz" və s. qə­zet və jur­nal­lar nəşr edir­lər. İs­veç Par­la­men­tin­də "Azər­bay­can dost­la­rı" qru­pu möv­cud­dur.


İs­veç­də çox­say­lı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı fəa­liy­yət gös­tə­rir ki, bun­lar­dan da bi­ri AFİ-Azər­bay­can Fe­de­ra­si­ya­sı İs­veç­dir. Fe­de­ra­si­ya öl­kə üz­rə mil­li təş­ki­lat­la­rın ək­sə­riy­yə­ti­ni ("Dur­na", "Ul­duz", "Az link", "Gü­nəş", "Ərk", "Sa­va­lan", "Azər­bay­can Dost­luq", "Ya­nar", "Azər", "Təb­riz", "Aka­de­mik Mər­kəz", "Oya­nış", "Var­lıq", "Türk-Az", "Ba­bə­kin şo­pinq", "21 Azər" və baş­qa təş­ki­lat­la­rı) özün­də bir­ləş­di­rə bi­lib. Azər­bay­can Fe­de­ra­si­ya­sı İs­veç bu öl­kə­də fəa­liy­yət gös­tə­rən mil­li təş­ki­lat­lar tə­rə­fin­dən 1998-ci il­də tə­sis edi­lib. Təş­ki­la­tın məq­sə­di İs­veç­də ya­şa­yan azər­bay­can­lı­lar və bu­ra­da fəa­liy­yət gös­tə­rən mil­li təş­ki­lat­lar va­si­tə­si­lə Azər­bay­can mə­də­niy­yə­ti­ni, ta­ri­xi­ni, di­li­ni, adət-ənə­nə­lə­ri­ni ya­şat­maq, Qa­ra­bağ və di­gər böl­gə­lə­rin iş­ğal edil­mə­si­ni, Cə­nu­bi Azər­bay­can­da ya­şa­yan soy­daş­la­rı­mı­zın prob­lem­lə­ri­ni öl­kə ic­ti­ma­iy­yə­ti­nə, elə­cə də İs­veç­də fəa­liy­yət gös­tə­rən bey­nəl­xalq təş­ki­lat­la­ra və döv­lət struk­tur­la­rı­na çat­dır­maq­dır. Azər­bay­can və onun­la bağ­lı prob­lem­lə­ri İs­veç top­lu­mu və qu­ru­luş­la­rı­na ta­nıt­maq, İs­veç­də ya­şa­yan azər­bay­can­lı­la­rın bu top­lu­ma in­teq­ra­si­ya­sı­na ça­lış­maq da fe­de­ra­si­ya­sı­nın baş­lı­ca prio­ri­tet­lə­ri­dir.


Ey­ni za­man­da AFİ İs­veç­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can dər­nək­lə­ri, fə­al şəxs­lər ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı­na yar­dım edir. İs­veç me­dia­sın­da Azər­bay­can di­lin­də proq­ram­la­rın ya­yı­mı­nın təş­ki­li də AFİ-nin qar­şı­sı­na qoy­du­ğu və­zi­fə­lər­dən­dir.


"Ba­bək" Kül­tür Dər­nə­yi­nin əsa­sı İs­ve­çin Lin­şo­ping şə­hə­rin­də 1990-cı il­də qo­yu­lub. Za­man-za­man dər­nə­yin fəa­liy­yə­tin­də fa­si­lə­lər ya­ran­mış, hət­ta döv­lət or­qan­la­rın­da­kı rəs­mi qey­diy­ya­tı ləğv edi­lib. La­kin bu ləğ­vo­lun­ma uzun sür­mə­miş, 2007-ci ilin sen­tyab­rın­da 48 nə­fər üz­vün iş­ti­ra­ki ilə dər­nək ye­ni­dən for­ma­laş­dı­rı­lıb. Dər­nə­yin məq­sə­di Azər­bay­can mə­də­niy­yət kurs­la­rı təş­kil et­mək, gənc­lə­rin mə­də­ni şüu­ru­nu is­ti­qa­mət­lən­dir­mək, bu­nun­la bağ­lı müx­tə­lif tə­şəb­büs­lər gös­tər­mək­dir. "Ba­bək" Kül­tür Dər­nə­yi­nin rəh­bə­ri As­lan Ərəb­lui­dir.


"Xə­zər" Azər­bay­can-İs­veç Dost­luq Cə­miy­yə­ti-"Xə­zər" Azər­bay­can-İs­vec Dost­luq Cə­miy­yə­ti 1999-cu il­də İs­ve­cin Mal­mo şə­hə­rin­də ya­ra­dı­lıb. Cə­miy­yə­ti ya­rat­maq­da məq­səd azər­bay­can­lı­la­rı bir ara­ya gə­tir­mək, mil­li adət-ənə­nə­lə­ri­mi­zi qo­ru­yub ya­şat­maq, İs­veç cə­miy­yə­ti­nə in­teq­ra­si­ya ol­maq, is­veç­li­lər­lə sıx əla­qə sax­la­maq və on­la­ra öl­kə­mi­zi, ta­ri­xi­mi­zi, mə­də­niy­yə­ti­mi­zi, mu­si­qi­mi­zi ta­nıt­maq­dır.


"Xə­zər" Azər­bay­can-İs­vec Dost­luq Cə­miy­yə­ti yal­nız Mal­mo­də­ki dər­nək­lər­lə de­yil, di­gər şə­hər­lər­də­ki təş­ki­lat­lar­la da əla­qə sax­la­yır. "Xə­zər" Azər­bay­can-İs­veç Dost­luq Cə­miy­yə­ti­nə Ley­la Kia­ni rəh­bər­lik edir.


İs­veç Azər­bay­can­lı­la­rı Konq­re­si-İs­veç Azər­bay­can­lı­la­rı Konq­re­si­nin tə­sis qu­rul­ta­yı 2010-cu ilin iyu­nun­da İs­ve­çin pay­tax­tı Stok­holm­da ke­çi­ri­lib. Təd­bir 15 Azər­bay­can di­as­por təş­ki­la­tı­nın iş­ti­ra­kı ilə baş tu­tub. Qu­ru­mu ya­rat­maq­da məq­səd Azər­bay­can hə­qi­qət­lə­ri­ni, ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni ya­şa­dıq­la­rı öl­kə­nin ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq­dan iba­rət­dir. Ey­ni za­man­da, va­hid di­as­por təş­ki­la­tı ki­mi bu yol­la Azər­bay­can ic­ma­la­rı, cə­miy­yət­lə­ri ara­sın­da əla­qə­lə­ri in­ki­şaf et­dir­mək, on­la­rın im­kan­la­rı­nı və güc­lə­ri­ni sə­fər­bər et­mək, bu qu­rum­la­rın fəa­liy­yə­ti­ni ko­or­di­na­si­ya et­mək, möv­cud prob­lem­lə­ri bir­lik­də çöz­mək­dir. İs­veç Azər­bay­can­lı­la­rı Konq­re­si­nin səd­ri Emil Mir­zə­yev­dir.


Son il­lər­də ya­ra­dı­lan da­ha bir di­as­por təş­ki­la­tı isə Azər­bay­can Na­mi­nə Bir­li­yi­dir (ANB). Bir­li­yin səd­ri Na­dir Hol­len­bar­dın (Xan­ki­şi­yev) söz­lə­ri­nə gö­rə, ANB-nin ya­ra­dıl­ma­sın­dan məq­səd İs­veç­də Azər­bay­ca­nın mil­li ma­raq­la­rı­nı qo­ru­maq, xal­qı­mı­zın qə­dim mə­də­niy­yə­ti­ni təb­liğ et­mək, öl­kə­miz­lə bağ­lı hə­qi­qət­lə­ri Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq is­ti­qa­mə­tin­də ar­dı­cıl təd­bir­lər hə­ya­ta ke­çir­mək­dir (AZƏR­TAC). Bun­dan əla­və, cə­miy­yət Azər­bay­can-İs­veç mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı­na da səy gös­tə­rə­cək. Cə­miy­yə­tin plan­la­rı­na gör­kəm­li xa­dim­lə­ri­mi­zin do­ğum gün­lə­ri­ni tən­tə­nə­li qeyd et­mək, Azər­bay­can di­lin­də mək­təb aç­maq da da­xil­dir.


Nor­ve­çə azər­bay­can­lı­la­rın mü­ha­ci­rə­ti XX əs­rin 50-ci il­lə­rin­dən son­ra­ya tə­sa­düf edir. Ey­ni za­man­da XX əs­rin 70-80-cı il­lə­rin­də İran İs­lam İn­qi­la­bın­dan son­ra da Nor­ve­çə mü­ha­ci­rət edən cə­nub­lu soy­daş­la­rı­mız olub. Bu öl­kə­də fəa­liy­yət gös­tə­rən ən ak­tiv di­as­por təş­ki­lat­la­rın­dan bi­ri Nor­veç Azər­bay­can­lı­la­rı Gənc­lər Təş­ki­la­tı­dır. Nor­vec Azər­bay­can­lı­la­rı­nın Gənc­lər Təş­ki­la­tı 2005-ci il­də Nor­veç­də ya­ra­dı­lıb. Beş nə­fər­dən iba­rət İda­rə He­yə­ti olan NA­YO dün­yə­vi, si­vil, qey­ri-si­ya­si və gə­lir əl­də et­mək məq­sə­di ol­ma­yan bir təş­ki­lat­dır. Təş­ki­la­tın əsas məq­sə­di ora­da ya­şa­yan azər­bay­can­lı­la­rın Nor­veç ic­ti­ma­iy­yə­ti­nə in­teq­ra­si­ya olun­ma­sın­da yar­dım­cı ol­maq, on­la­rı təş­ki­lat­lan­dır­maq, hü­quq­la­rı­nı mü­da­fiə et­mək və so­si­al prob­lem­lə­ri­nin həl­li is­ti­qa­mə­tin­də iş­lər gör­mək­dir. Ey­ni za­man­da Azər­bay­can xal­qı­nın mə­də­niy­yə­ti­ni, ta­ri­xi­ni, prob­lem­lə­ri­ni və nai­liy­yət­lə­ri­ni çat­dır­maq­la ya­na­şı, iki öl­kə ara­sın­da dost­luq əla­qə­lə­ri­ni möh­kəm­lən­dir­mək, iq­ti­sa­di, el­mi və mə­də­ni əla­qə­lə­rin in­ki­şa­fı­na dəs­tək ver­mək­lə dost­luq və əmək­daş­lıq kör­pü­sü ro­lu­nu oy­na­maq­dır. NA­YO təş­ki­la­tı həm Nor­veç­də, həm də xa­ric­də da­vam­lı ola­raq müx­tə­lif möv­zu­lar­da təd­bir­lər, la­yi­hə­lər hə­ya­ta ke­çi­rir. Nor­veç Azər­bay­can­lı­la­rı Gənc­lər Təş­ki­la­tı­nın səd­ri Ra­mil Əli­yev­dir.


Fin­lan­di­ya­da möv­cud olan fə­al di­as­por təş­ki­lat­la­rın­dan bi­ri Azər­bay­can­lı Qa­dın­lar Cə­miy­yə­ti­dir. Azər­bay­can­lı Qa­dın­lar Cə­miy­yə­ti 2011-ci il, sen­tyab­rın 26-da Hel­sin­ki şə­hə­rin­də tə­sis edi­lib. Azər­bay­can­lı Qa­dın­lar Cə­miy­yə­ti Fin­lan­di­ya Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı nəz­din­də fəa­liy­yət gös­tə­rir. Cə­miy­yə­tin məq­sə­di Azər­bay­ca­nı hər­tə­rəf­li ta­nıt­maq, Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni Av­ro­pa xalq­la­rı­na çat­dır­maq, Av­ro­pa­nın di­gər ol­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən müx­tə­lif cə­miy­yət­lər­lə əla­qə­li fəa­liy­yət gös­tər­mək­dir. Azər­bay­can­lı Qa­dın­lar Cə­miy­yə­ti­nin səd­ri Ar­zu Oq­tay­dır.


Azər­bay­can-Fin­lan­di­ya Dost­luq Cə­miy­yə­ti-Azər­bay­can-Fin­lan­di­ya Dost­luq Cə­miy­yə­ti 2004-cü il ma­yın 22-də Hel­sin­ki­də ya­ra­dı­lıb. Ha­zır­da bu cə­miy­yət Azər­bay­can mə­də­niy­yə­ti­ni və ta­ri­xi­ni, xal­qı­mı­zın adət-ənə­nə­lə­ri­ni ge­niş təb­liğ edir, öl­kə­mi­zin qar­şı­laş­dı­ğı prob­lem­lə­ri Fin­lan­di­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­ma­ğa ca­lı­şır. Azər­bay­can-Fin­lan­di­ya Dost­luq Cə­miy­yə­ti­nin səd­ri Tə­ra­nə Nə­zə­ro­va­dır.

Fin­lan­di­ya Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı-Fin­lan­di­ya Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı 2008-ci il mar­tın 18-də Hel­sin­ki­də tə­sis edi­lib. As­so­sia­si­ya­nın məq­sə­di Azər­bay­can cə­miy­yə­ti­ni Fin­lan­di­ya­da təm­sil et­mək, Azər­bay­can top­lu­mu­nun hər cür prob­lem­lə­ri ilə ma­raq­la­nıb on­la­ra yar­dım et­mək, Azər­bay­can və Fin­lan­di­ya xalq­la­rı­nın bir­li­yi­ni ya­rat­maq, hər iki top­lu­mun bir ara­ya gəl­mə­si­nə və müş­tə­rək ça­lış­ma­la­rı­na şə­ra­it ya­rat­maq­dır. Azər­bay­can mə­də­niy­yə­ti­ni, Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni, bir söz­lə, ta­ri­xi­mi­zi fin xal­qı­na ta­nıt­maq­dır.


Skan­di­na­vi­ya öl­kə­lə­ri­nə da­xil olan Da­ni­mar­ka­da da çox­say­lı Azər­bay­can di­as­po­ru fəa­liy­yət gös­tə­rir ki, bun­lar­dan da bi­ri Da­ni­mar­ka-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti­dir ("olay­lar.az"). Da­ni­mar­ka-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti Da­ni­mar­ka­nın Hil­le­rod şə­hə­rin­də El­xan Hü­sey­nov tə­rə­fin­dən tə­sis edi­lib. El­xan Hü­sey­no­vun və­fa­tın­dan son­ra Da­ni­mar­ka-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti­nə Kə­ma­lə Hü­sey­no­va rəh­bər­lik edir.


Da­ni­mar­ka-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti-Di­gər bir Da­ni­mar­ka-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti­nin əsa­sı Or­hus şə­hə­rin­də qo­yu­lüb. Bu qu­rum da­ni­mar­ka­lı və azər­bay­can­lı şəxs­lər­dən iba­rət kö­nül­lü bir cə­miy­yət­dir. Cə­miy­yə­tin hə­də­fi cə­miy­yət üzv­lə­ri­nin qar­şı­lıq­lı kül­tür an­la­yış­la­rı zə­mi­nin­də dia­loq ya­rat­maq və in­teq­ra­si­ya pro­se­sin­dən iba­rət­dir.


2007-ci ilin fev­ra­lın­dan fəa­liy­yət gös­tə­rən "Və­tən" Cə­miy­yə­ti­nin məq­sə­di Azər­bay­ca­nın mə­də­niy­yə­ti­ni, ta­ri­xi­ni Da­ni­mar­ka əha­li­si­nə ta­nıt­maq­dır. Cə­miy­yə­tin səd­ri Sə­fər Sa­di­qi­dir.


Ye­ri gəl­miş­kən, Av­ro­pa­da sə­fər­də olan Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti­nin gö­rüş­lə­ri İs­veç­də da­vam et­di­ri­lib. Bu ba­rə­də "Eks­press"ə Di­as­por Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən bil­di­ri­lib.


Ve­ri­lən mə­lu­ma­ta gö­rə, İs­veç Kral­lı­ğı­na sə­fər Azər­bay­can Res­pub­li­ka­sı­nın Stok­holm­da­kı sə­fir­li­yin­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin büs­tü önü­nə gül dəs­tə­si­nin qo­yul­ma­sı ilə baş­la­yıb. Da­ha son­ra İs­veç si­ya­sə­tin­də uğur qa­zan­mış bir qrup azər­bay­can­lı ilə gö­rüş ke­çi­ri­lib. Gö­rüş­də Azər­bay­ca­nın İs­veç­də­ki sə­fi­ri Adış Məm­mə­dov, ha­be­lə İs­veç So­si­al-De­mok­rat­lar Par­ti­ya­sı­nın üzv­lə­ri, Sö­der­berq Cön­kö­pinq re­gi­on par­la­men­ti­nə seç­ki­lər­də qa­lib gə­lən si­ya­sət­çi İra­də Əli­ye­va, Ha­nin­ge bə­lə­diy­yə­sin­dən əya­lət par­la­men­ti­nə se­çi­lən de­pu­tat Vü­sal Qu­li­yev və İs­veç Mər­kəz Par­ti­ya­sın­dan Par­til­le bə­lə­diy­yə məc­li­si­nin üz­vü se­çi­lən Tu­ran Əli­yev də iş­ti­rak edib.

Gö­rüş iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­yan sə­fir İs­veç­də ya­şa­yan soy­daş­la­rı­mı­zın Azər­bay­can və azər­bay­can­çı­lıq na­mi­nə gör­dük­lə­ri iş­lər­dən söz açıb.


Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin plan­la­rı haq­qın­da da­nı­şan Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov isə öl­kə­mi­zin Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi al­tın­da sü­rət­lə in­ki­şaf et­di­yi­ni, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin di­as­por qu­ru­cu­lu­ğu­na ver­di­yi töh­fə­lə­ri qeyd edib, Azər­bay­can döv­lə­ti­nin xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za da­im diq­qət və qay­ğı gös­tər­di­yi­ni bil­di­rib.


Gö­rüş­də azər­bay­can­çı­lıq ide­ya­sı ət­ra­fın­da bir­ləş­mə­yin va­cib­li­yin­dən, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si və Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da di­as­por təş­ki­lat­la­rı­nın ro­lun­dan da­nı­şı­lıb.Döv­lət Ko­mi­tə­si­nin səd­ri soy­daş­la­rı­mı­zın qay­ğı­la­rı ilə ma­raq­la­nıb, on­la­rın tək­lif və ide­ya­la­rı ət­ra­fın­da ma­raq­lı mü­za­ki­rə­lər apa­rı­lıb.


Da­ha son­ra nü­ma­yən­də he­yə­ti No­bel mu­ze­yin­də olub. Di­rek­tor Olov Ame­lin mu­ze­yin fəa­liy­yə­ti haq­qın­da ət­raf­lı mə­lu­mat ve­rib, bu­ra­nın özəl­lik­lə­rin­dən, nü­ma­yiş et­di­ri­lən eks­po­nat­lar­dan da­nı­şıb. Döv­lət Ko­mi­tə­si­nin səd­ri isə, öz növ­bə­sin­də, Azər­bay­can­la İs­veç ara­sın­da­kı əla­qə­lə­rin ta­ri­xin­dən, No­bel qar­daş­la­rı­nın öl­kə­miz­də fəa­liy­yə­tin­dən söh­bət açıb­və ta­ri­xin bu sə­hi­fə­lə­ri­nin da­ha yax­şı öy­rə­nil­mə­si­nin zə­ru­ri­li­yi­ni qeyd edib.


Sə­fər çər­çi­və­sin­də nü­ma­yən­də he­yə­ti Skan­di­na­vi­ya Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı ilə əla­qə­dar ke­çi­ri­lən tə­sis konf­ran­sın­da da iş­ti­rak edib. Döv­lət Ko­mi­tə­si­nin səd­ri soy­daş­la­rı­mı­zın və di­as­por təş­ki­lat­la­rı­nın da­im öl­kə baş­çı­sı­nın nə­zə­rin­də ol­du­ğu­nu və bu is­ti­qa­mət­də ve­ri­lən tap­şı­rıq­la­rı diq­qə­tə çat­dı­rıb. Konf­rans­da İs­veç, Nor­veç, Fin­lan­di­ya və Da­ni­mar­ka­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın və soy­daş­la­rı­mı­zın da­ha kons­truk­tiv, məq­səd­yön­lü, ak­tiv və ko­or­di­na­si­ya­lı fəa­liy­yə­ti­ni tə­min et­mək məq­sə­di­lə İs­veç­də Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da qə­rar qə­bul olu­nub.


"Fin­lan­di­ya Azər­bay­can-Türk gənc­lər təş­ki­la­tı­nın" səd­ri Ül­viy­yə Cab­ba­ro­va, İs­veç­də fəa­liy­yət gös­tə­rən ya­zı­çı, SAF təş­ki­la­tı­nın üz­vü Elu­ca Ata­lı, İs­veç Azər­bay­can­lı­la­rı Konq­re­si­nin üz­vü Sa­ra Eve­ber­ger, ha­be­lə Nor­veç­də fəa­liy­yət gös­tə­rən "Can Azər­bay­can" təş­ki­la­tın rəh­bə­ri Şer­vin Nə­cəf­pur Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­si se­çi­lib.


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur


  • SON XƏBƏR
  • TREND