Mürsinin ölüm səbəbi məlum oldu


18.06.2019 10:18
126
Mürsinin ölüm səbəbi məlum oldu

Misirin sabiq prezidenti Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub.


Ekspress.az xəbər verir ki, Misirin dövlət televiziyasının yaydığı məlumata əsasən, 67 yaşlı Mürsi ötən gün məhkəmə zalında kəskin ürək çatışmazlığından vəfat edib. Bildirilib ki, keçmiş prezident xoşxassəli şişdən əziyyət çəkib, ona müntəzəm olaraq tibbi yardım göstərilib (azvision.az).


Qeyd edək ki, casusluqla ittiham olunan Mursi dünən paytaxt Qahirədə məhkəmə zalında ölüb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND