"Vasif deyirdi arvadımı sevmirəm..." - sevgilisini öldürdü ŞOK / VİDEO


07.06.2019 18:15
215
"Vasif deyirdi arvadımı sevmirəm..." - sevgilisini öldürdü ŞOK / VİDEO

Bakıda sevgilisini öldürdükdən sonra özü də intihar edən Vasif Abbasov barədə bəzi faktlar ortaya çıxıb.


Ekspress.az xəbər verir ki, Abbasov Vasif Əliyəddin oğlunun Əliyeva Aygün Hüseynağa qızı ilə taksidə tanış olduğu məlum olub. Aygülün anasının sözlərinə görə, Aygünün qıçları sınan günü onlar tanış olub:


"Aygünün qıçları sınmışdı. Bacısı taksi saxlatdırmaq istəyib. Bu zaman bir kişi Aygünün qucağına alıb. Bu zaman Vasif özünü yetirib və "Burax qızı" deyərək qışqırıb. O Aygünü xəstəxanaya gətirib və o gündən tanış olublar. Vasifin uşaqları var idi. Qızım da həyat yoldaşından ayrılmışdı. Müğənnilik edirdi. Klubda, 28 Mayda təşkil edilən bir çox tədbirlərdə oxuyub. Vasif deyirdi ki, arvadımı sevmirəm. Uşaqlarımla arvadımı anam saxlasın. Mən Sevda ilə xoşbəxt deyiləm".


Xatırladaq ki, bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa qızının meyiti Yasamal rayonu Kənar Dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb (big.az). Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.


İlkin araşdırmalar zamanı məlum olub ki, 2 uşaq atası olan Vasif Abbasov sevgi münasibətində olduğu Aygünü avtomobildə bıçaqlayıb, daha sonra isə o, maşını magistral yoldan dərəyə aşıraraq intihar edib. Hər iki şəxs hadisə yerində keçinib.


V.Abbasovun anası deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərən oğlu iyunun 1-də ona zəng edərək Aygünü bıçaqladığını, Yasamal yolunun kənarında olduğunu bildirib.


Məlum olub ki, Vasif avtomobili icarəyə götürübmüş. O, son olaraq Yasamal ərazisində Kənar Dairəvi yolda qüllənin yaxınlığında kameralara düşüb.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND