“Qalatasaray” - “Başakşəhər” oyununu Cüneyt Çakır idarə edəcək

16.05.2019 15:40
109
“Qalatasaray” - “Başakşəhər” oyununu Cüneyt Çakır idarə edəcək

Türkiyə Superliqasının XXXIII turunun hakim təyinatları açıqlanıb.

 

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Başakşəhər” arasında matç Cüneyt Çakıra tapşırılıb. 


O, mayın 19-da baş tutacaq qarşılaşmada baş hakim olacaq. Görüş “Türk Telekom Arena”da keçiriləcək (ONA). 

Qeyd edək ki, hər iki komandanın 32 turdan sonra 66 xalı var. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND