Rusiya Paşinyana çox dözməyəcək – Bədəlyan


16.09.2019 17:30
67
Rusiya Paşinyana çox dözməyəcək – Bədəlyan

Hakim siyasi komandanın və baş nazirin mövqeləri zəifləyib, ona görə də seçki prosesinin 2022-ci ildə əvvəl baş tutacağını istisna etmirəm.


Ekspress.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında erməni polittexnoloq Armen Bədəlyan deyib.


“Rusiya uzun müddətli qeyri-müəyyən hökumətin mövcudluğuna çox dözməyəcək. Bununla belə, ölkənin daxilində bir problem belə həll edilmir və hökumətdən narazılıq yüksəlir.


Mənim Addımım Blokunda da müəyyən proseslər gedir. Növbədənkənar seçkinin keçirilməyəcəyini demək çox çətindir. Problem hazırda təkcə Amulsarla bağlı deyil və hökumətə, 2018-in aprel, may, iyununda olan inam ölüb”, – deyə o bildirib.


Bədəlyan Rusiyanın Paşinyanı etibarlı müttəfiq saymadığını deyib:


“Rusiyada hər zaman Ermənistan hakimiyyətinin digər ölkələrə doğru yön götürəcəyi ilə bağlı şübhələri var. Bu, Rusiyada Ermənistandakı bəzi qüvvələri hakimiyyət dəyişikliyi üçün dəstəkləməyə vadar edə bilər”. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND