"Facebook"da yeni funksiya işə düşdü


07.02.2019 10:35
191
"Facebook"da yeni funksiya işə düşdü

Mark Zukerberq "Facebook”da insanlara göndərdikləri mesajları ləğv etmək imkanı yaradıb.


Ekspress.az -ın məlumatına görə, 5 fevraldan etibarən istifadəçilər göndərdikləri mesajların üzərinə "klik”ləyib "hər kəsdən sil” funksiyasını seçərək mesajı silə bilərlər. Bu, ancaq ilk on dəqiqə ərzində mümkün olacaq.


Funksiya İOS və Android sistemlərində bu gündən tətbiq olunmağa başlayıb. Mesajın silindiyi dərhal bilinir.


"Facebook” bəyan edib ki, mesajlar silinsə də, istifadəçilərin təhqirlərə görə şikayət etmək haqları var.

Keçən ilin aprel ayında Mark Zukerberqin adi istifadəçilərdən fərqli olaraq öz mesajlarını silə bildiyi məlum olub (Oxu.az). İnsanlar bunu biləndə, şirkət bir neçə aya bu imkanı hər kəs üçün mümkün edəcəyinə söz verib.


Ən məşhur "Messenger”lər arasında bu funksiya ilk dəfə 2015-ci ilin noyabrında "Viber”də quraşdırılıb. "Telegram”a bu imkan 2017-ci ilin avqustunda verilib və mesaj göndərildikdən 48 saat müddətində onu silmək mümkün olub. Həmin ilin oktyabr ayında "Whatsapp”da da bu imkan reallaşıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND