• 1 °C Bakı
  • -8 °C Quba
  • 1 °C Gəncə
  • 0 °C Yevlax
  • -6 °C Naxçıvan

Ruslar 2031-ci ildə Aya uçmaq istəyir

11.02.2019 11:44
39
Ruslar 2031-ci ildə Aya uçmaq istəyir

Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır. Sonra belə uçuşların hər il təkrarlamaq planlaşdırılır.


İlk ekspedisiyanın heyəti “kosmonavtların Ayda fəaliyyəti üzrə əməliyyatlar” üzərində məşq etməlidir. 2032-ci ildə yerin təbii peykinə lunomobil (Ayda kosmonavtları daşımaq imkanı olan ağır aparat), həmçinin nəqliyyat vasitələrini yoxlayacaq ikinci ekspedisiya göndərilməlidir (Fins.az).


Bir il sonra göndəriləcək üçüncü ekspedisiya isə lunomobil vasitəsi ilə uzaq məsafəyə səfərlər etməli və robot texnikası komplekslərini sınaqdan çıxarmalıdır.


Bu uçuşlardan öncə 2028 və 2029-cu illərdə iki sınaq startı keçirilməlidir. Həmçinin 2034-cü ildə Ay bazasının tikintisinə başlamaq nəzərdə tutulur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND