Valentina Matviyenko: "AŞPA böhran vəziyyətindədir"

12.04.2019 15:16
102
Valentina Matviyenko: "AŞPA böhran vəziyyətindədir"

Rusiya AŞPA-da nümayəndə heyəti yaratmaq çağırışlarını alqışlayır.


Bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə deyib.


“Avropa Şurası, AŞPA rəhbərliyindən, sağlam düşüncəli siyasətçilərdən müsbət siqnallar gəlir. Onlar AŞPA-nın böhran vəziyyətində olduğunu, bunun bütövlüklə Avropa Şurasına da sirayət edəcəyini başa düşürlər (report). Biz də bunları alqışlayır və dialoqun davamına hazırıq”, - V.Matviyenko vurğulayıb.


Qeyd edək ki, bundan əvvəl AŞPA Rusiyanı bu qurumda nümayəndə heyəti yaratmağa, habelə Avropa Şurasına üzvlük haqqı ödəməyə çağırıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND