Azərbaycanda 970 min nəfərdən çox vergi ödəyicisi var

11.01.2019 19:06
92
Azərbaycanda 970 min nəfərdən çox vergi ödəyicisi var

2019-cu ilin yanvarın 1-nə olan məlumata əsasən, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergi ödəyicilərinin sayı 970 340-a çatıb.

 

"Vergilər" qəzeti Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə istinadən xəbər verir ki, 2018-ci il ərzində uçota alınmış 35 729 təsərrüfat subyektinin (obyektinin) sayı 2017-ci illə müqayisədə 12,4 faiz çox olub. 2018-ci il ərzində ümumilikdə dövlət qeydiyyatına və uçota alınmış vergi ödəyicilərinin sayı 87.630 olub. Onlardan 12.369-u hüquqi, 75.261-i isə fiziki şəxsdir.

 

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayı arasındakı fərq 23.993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7 faiz artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11.927 kommersiya hüquqi şəxsin 70 faizə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergi ödəyicilərinin 50,4 faizi regionların payına düşüb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND