Nazirlər kabineti cavanlaşır - Nazirlərin orta yaş həddi

08.10.2019 15:20
153
Nazirlər kabineti cavanlaşır - Nazirlərin orta yaş həddi

Məlum olduğu kimi, bu gün Milli Məclisin plenar iclasında Əli Əsədov Azərbaycanın Baş Naziri postuna təyin edilib.


Ekspress.az xəbər verir ki, Əli Əsədov bu postda Novruz Məmmədovu əvəz edəcək. Əli Əsədovun 62, Novruz Məmmədovun isə 72 yaşı var.


Son illər Azərbaycanda aparılan islahatlardan biri də kadr islahatlarıdır. Artıq cavanlar da siyasətə cəlb edilir.


Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 38 yaşı var. Bu siyahıya Kənd Təsərrüfatı naziri İnam Kərimovun da adını əlavə etmək olar. Onun 42 yaşı var. Təhsil naziri Ceyhun Bayramovun da 45 yaşı var. 42 yaşlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin də adını siyahıya əlavə etmək olar. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun da 39 yaşı var.


Yeni kadr islahatları ilə Nazirlər Kabinetinin orta yaş həddi azalıb. Belə ki, 43 vəzifəli şəxsin orta yaş həddi 55.09 yaşdır. Əvvəlki illərlə müqayisədə bu hədd kifayət qədər aşağıdır. (sonxeber)


Ekspress.az