• 13 °C Bakı
  • 8 °C Quba
  • 11 °C Gəncə
  • 7 °C Yevlax
  • 6 °C Naxçıvan

Bolqarıstanda hər il 50 min nəfər öz ölkəsini tərk edir

12.02.2019 09:45
73
Bolqarıstanda hər il 50 min nəfər öz ölkəsini tərk edir

Hər il 50 minədək bolqar öz vətənlərini tərk edərək digər ölkələrə üz tuturlar.


Ekspress.az -ın məlumatına görə, bu barədə “Podkrepa” Əmək Konfederasiyasının sədri Konstantin Trençev təşkilatın 10-cu konqresində bildirib.


O deyib ki, Bolqarıstanda doğum sayı 1995-ci ildəki 175 mindən 2018-ci ildə 65 min nəfərə enib. Hər il 110 min nəfər Bolqarıstan vətəndaşı vəfat edir. BMT-nin məlumatına əsasən, Bolqarıstan əhalisi 7 milyon nəfərdən azdır. Ölkənin hər üçüncü vətəndaşı hesabların ödənilməsində çətinlik çəkir (AZƏRTAC). Avrostatın məlumatına əsasən 2070-ci ildə Bolqarıstanın əhalisi 4,9 milyon nəfərədək azalacaq. Bunun əsas səbəbləri kimi miqrasiya, yüksək ölüm və aşağı doğum səviyyəsi göstərilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND