İyun ayında körpələrə 14 yeni ad qoyulub - SİYAHI


09.07.2019 11:37
166
İyun ayında körpələrə 14 yeni ad qoyulub - SİYAHI

Bu ilin iyun ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.


Ekspress.az xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib ki, komissiyanın nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən ötən ay üzrə daxil olan adlar arasında 14-ü yenidir.


Onun sözlərinə görə, yeni adların hamısına müsbət cavab verilib və körpələrə qoyulmasına etiraz edilməyib: “Valideynlər tərəfindən körpələrə qoyulan - Teynur, Üzarə, Ütkün, Tuğral, Yasir, Züheyr, Sərkut, Saygün, Minzər, Mahnur, Mahruy, Qantürk, Qəlbiyə və Künhan adları Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan yeni adlardır”.


Qeyd edək ki, iyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub (report).


Ekspress.az