ABŞ Rusiyaya sanksiyanı genişləndirib

15.03.2019 21:55
133
ABŞ Rusiyaya sanksiyanı genişləndirib

ABŞ-ın Maliyyə Nazirliyi Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndirib.


Sanksiya siyahısına Rusiyanın Sərhəd Xidmətinin rəis müavini, Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krımda və Sevastopolda sərhəd idarəsinin rəisi və rəis müavini, habelə FTX-nin Krım və Sevastopoldakı idarəetmə məntəqəsinin rəisinin adları daxil edilib.


Bununla yanaşı, 8 müəssisənin də adı "qara siyahı"ya salınıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND