Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək


22.02.2019 09:15
160
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Çin, Rusiya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin növbəti – 16-cı görüşü fevralın 27-də Çinin Ucen şəhərində keçiriləcək.


Ekspress.az xəbər verir ki, nazirlər Van İ, Sergey Lavrov və xanım Suşma Svarac beynəlxalq və regional məsələləri, dünyada sülhün, sabitliyin və inkişafın təminatı ilə bağlı birgə maraq doğuran mövzuları müzakirə edəcəklər.


On ildən çoxdur yaradılan Çin-Rusiya-Hindistan danışıqlar mexanizmi tərəflər arasında ümumi maraq doğuran məsələlərə dair ünsiyyət və əlaqələndirmənin təşkilinə xidmət edir (AZƏRTAC). Sonuncu bu cür görüş 2017-ci ildə Dehlidə baş tutub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND