Bakıda polis işçisi ofisdə həlak oldu

11.01.2019 21:17
308
Bakıda polis işçisi ofisdə həlak oldu


Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı tabel silahından açılan atəş nəticəsində ölüb.


Ekspress.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.


Məlumdur ki, yanvarın 11-də axşam saat 18.00 radələrində paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.


Hazırda hadisə yerində operativ-istintaq qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND