• 8 °C Bakı
  • -2 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 5 °C Naxçıvan

Çex mütəxəssislər azərbaycanlı gənclərə proqramlaşdırma təlimləri keçir

15.03.2019 19:15
78
Çex mütəxəssislər azərbaycanlı gənclərə proqramlaşdırma təlimləri keçir

Çexiyanın Mendel Universitetinin müəllimlərinin Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tələbələri üçün təlimləri başlayıb.


Təlimləri Çexiyanın Mendel Universitetinin müəllimləri, informatika sahəsi üzrə fəlsəfə doktorları -  Tomaş Foltynek və Dita Dlabolova aparırlar. Təlimlər informatikanın Alqoritmləşdirmə və proqramlaşdırma bölmələrini əhatə edir və Python müasir proqramlaşdırma dilinin əsas imkanlarının öyrənilməsinə həsr olunub.


Təlimlərdə Kompüter və Poliqrafiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND