"Qarabağ" "Sevilya"ya məğlub oldu

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” və “Sevilya” klubları arasında sentyabrın 19-da keçiriləcək qarşılaşma üçün komandaları start heyətləri açıqlanıb.
Ekspress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Xayme Romero, Zubir və Maqaye Qeye yer alıblar.
“Sevilya”nin heyətində isə meydana Vaclik Tomas, Pozo Alexandro, Kounde Xules, Dieqo Karlos, Serxio Eskudero, Xoan Xordan, Nemanya Qudel, Oliver Torres, Franko Vazquez, Xavyer Ernandes və Munir El-Haddadi çıxacaqlar.
Bakı vaxtı ilə saat 20:55-də başlayacaq görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.
Qeyd edək ki, “Qarabağ” beşincin dəfədir UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Qurban Qurbanovun yetirmələri indiyədək qrup mərhələsini adlaya bilməyiblər.
“Sevilya” isə UEFA Avropa Liqasında rekord sayda – beş dəfə qalib gəlib.
***
Bakı vaxtı ilə 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" - "Sevilya" matçı start götürüb.
***
62-ci dəqiqədə "Sevilya"nın oyunçusu J.Hernandez cərimə zərbəsindən hesabı açıb: 0 - 1
***
Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb: 0 -2
***
85-ci dəqiqədə Oliver Torres 3-cü qolu qapımızdan keçirib: 0 -3
***
Beləliklə, "Qarabağ" 0 - 3 hesabı ilə "Sevilya"ya məğlub olub. (axar)
Ekspress.az
-
-
21.10 15:05
Güləşçilərimiz beynəlxalq turnirdə iki medal qazandılar - FOTO
-
17.10 12:23
Daha bir boksçu rinqdə öldü (VİDEO)
-
17.10 09:00
Dünya çempionatının ilk günü - iki cüdoçumuz medal qazandı
-
14.10 11:32
Dennis Higler səhvini etiraf edib, üzr istədi
-
14.10 10:55
Məşqçimiz hakim biabırçılığı haqda: Bizə dedi ki...
-
14.10 10:36
Millimiz son dəqiqədə qol vurdu: Hakim saymadı - VİDEO
-
14.10 10:20
Millimiz Macarıstana uduzdu
-
12.10 11:53
Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu
-
12.10 09:36
Keçmiş çempion karyerasını dəyişdi - Başqa idmana keçdi
-
10.10 16:00
Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi
-
10.10 09:50
Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək - AFİŞA
-
09.10 18:47
“Barselona”dan ayrılmağı düşünürdüm” – Messi
-
09.10 16:57
"Zirə"yə yeni baş məşqçi təyin olundu
-
08.10 14:22
AFFA “Neftçi”ni cəzalandırdı
-
08.10 11:32
“Formula 1” üçün bilet satışına endirimlərə START
-
08.10 10:00
Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib - FOTO
-
07.10 17:31
Erməni türk idmançını rinqdə boğub öldürmək istədi - VİDEO
-
07.10 16:40
"Fili tərpətmə, Teymur" şərhini yazan danışdı: "Trend olacağını bilirdim"
-
07.10 14:10
"Neftçi"nin futbolçusu milliyə dəvət olunub
-
07.10 11:31
Messi mövsümdə ilk qolunu vurub
-
-