Bu filmləri qorxmadan izləyənlərə mükafat veriləcək: 13 min dollar…

21.09.2019 22:20
779
Bu filmləri qorxmadan izləyənlərə mükafat veriləcək: 13 min dollar…

ABŞ-da yazıçı Stiven Kinqin 13 əsərinin motivləri əsasında çəkilmiş filmləri qorxmadan izləyənlərə 1300 dollar mükafat veriləcəyini açıqlanıb.


Ekspress.az xəbər verir ki, filmlərin yayımı ilə məşğul olan “USDish” şirkəti tamaşaçılar üçün “Qorxmadan qorxu filmi izləmək” adlı kampaniya başlatdığını elan edib.


Yarışın şərtlərinə görə, iştirakçılar qorxu romanları yazarı Stiven Kinqin ən qorxunc 13 əsərini Halloven bayramına qədər (13 oktyabr) izləməlidir. Yarışın qalibinə isə 1300 dollar pul mükafatı veriləcək.


Seçilən filmlər arasında Kinqin əsərlərinin motivləri əsasında ekranlaşdırılmış “Carrie” və “Shining” kimi filmlər yer alır. Filmləri izləyən iştirakçıların üzərində həyəcan və ürək ritmlərini qeydə alacaq cihazlar yerləşdiriləcək.


Bütün filmlər izlənildikdən sonra iştirakçılar “qorxu məlumatlarını” münsiflər heyətinə göndərəcək.


Yarışda iştirak etmək istəyənlər Halloven bayramına qədər müraciət edə biləcək. (teleqraf)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND