«Azərreyl» üçün Avrokuboklar mövsümü bitib

30.11.2018 09:39
39
«Azərreyl» üçün Avrokuboklar mövsümü bitib


Qadınlardan ibarət «Azərreyl» voleybol klubu Çellenc (Çağırış) Kubokunun 1\16 final mərhələsində mübarizəni dayandırıb. Noyabrın 28-də start götürən Avrokubok yarışlarında «Azərreyl»in rəqibi Belçikanın «Hermes» klubu olub.

1\16 final mərhələsində iki oyun keçirilib və razılaşmaya əsasən hər iki oyun

Belçikanın Ostende şəhərində baş tutub.


Azərbaycan komandası ilk və cavab görüşündə eyni hesabla (0:3) uduzub.


Bir məqamı da qeyd edək ki, «Azərreyl» «Nermes»lə oyunlara ilk mili idman brendi olan «İl Azero» (mənası «Bir azərbaycanlı») ilə çıxıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND