Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 20 nəfərə çatıb

26.01.2019 14:34
306
Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 20 nəfərə çatıb

Gürcüstanın Zuqdidi şəhərində "donuz qripi" adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb.



Həmin şəxs qrip simptomları ilə xəstəxanaya yerləşdirilib və ötən gün dünyasını dəyişib.



Bununla da qonşu ölkədə "donuz qripi"ndən ölənlərin sayı 20 nəfərə çatıb.

Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur. Onlardan 6-sı uşaqdır.




/report/
Açar sözlər: