Tramp ona qarşı hazırlanan impiçmenti “dövlət çevrilişi” adlandırdı

02.10.2019 12:00
105
Tramp ona qarşı hazırlanan impiçmenti “dövlət çevrilişi” adlandırdı

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.


Ekspress.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Mən günü-gündən daha çox o qənaətə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (silah dövriyəsini icazə verən-red), dini, silahlı qüvvələri, sərhəddə divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilmiş hüquqları əllərindən almaq üçün edilən dövlət çevrilişidir", - deyə Tramp bildirib. (oxu)


Ekspress.az

Açar sözlər: