Uşağa görə verilən 200 manat pulu necə almaq olar?


28.05.2019 12:25
1269
Uşağa görə verilən 200 manat pulu necə almaq olar?

Uşağın anadan olmasına görə birdəfəlik müavinət almaq üçün vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaifə Fonudunun müvafiq idarəsinə müraciət etməlidir.


Ekspress.az xəbər verir ki, paytaxtın Yasamal və Səbail rayonlarında yaşayan vətəndaşlar isə bunun üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə müraciət edə bilərlər.


DOST mərkəzinin məsləhətçisi Kamran Abdullayev müavinət almaq üçün tələb olunan sənədləri açıqlayıb.


Əgər yeni doğulan körpənin valideynlərindən biri işləyərsə, onda həmin şəxs müavinəti almaq üçün işlədiyi yerə, yəni, işəgötürənə müraciət etməlidir. İşəgötürən isə onlayn şəkildə məlumatları dövlət qurumuna təqdim etməlidir (xezerxeber).


Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub. Yeni qayda aprel ayından qüvvəyə minib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND