• 8 °C Bakı
  • 3 °C Quba
  • 8 °C Gəncə
  • 8 °C Yevlax
  • 6 °C Naxçıvan

"Kral klubu" enişdə - öz meydanında məğlub oldu + FOTO

06.01.2019 23:20
190
"Kral klubu" enişdə - öz meydanında məğlub oldu + FOTO

Futbol üzrə İspaniya çempionatının 18-ci turunda “Real Madrid” öz meydanında “Real Soseydad”la qarşılaşıb.

 

Ekspress.az xəbər verir ki, matç erkən qolla yadda qalıb. 3-cü dəqiqədə “Real Soseydad”ın oyunçusu Villian Joze penaltidən vurduğu qolla "Santiaqo Bernabeu"nu sükuta qərq edib.

 

Matçın 61-ci dəqiqəsində Lucas Vazkes rəqibə qarşı etdiyi kobudluğa görə ikinci sarı vərəqə, ardınca qırmızı vərəqə alaraq meydandan qovulub.


Azlıqda qalan “Kral klubu" qol axtarışında olsa da, qapısında ikinci qolu görüb. 83-cü dəqiqədə Ruben Pardo madridliləri məyus edib.


Qarşılaşma 0-2 hesabı ilə "Real Soseydad"ın qələbəsi ilə başa çatıb.


Bu nəticə ilə "Real Madrid" La Liqada turnir cədvəlində 30 xalla 5-ci sırada qalıb. "Real Soseydad" isə 3 xal qazanmaqla 22 xalla 15-ci pillədən 11-ə yüksəlib.


Qeyd edək ki, bu, "Real Madrid"in cari mövsümdə altıncı məğlubiyyətidir.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND