Azərbaycanlılar Brus Linin məzarını ziyarət edib, salavat çevirdilər - VİDEO


07.08.2019 11:15
95
Azərbaycanlılar Brus Linin məzarını ziyarət edib, salavat çevirdilər - VİDEO



Bir qrup azərbaycanlı məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor Brus Linin qəbrini ziyarət edib.


Ekspress.az xəbər verir ki, azərbaycanlılar ABŞ-ın Sietl əyalətində Leyk Vyu qəbiristanlığında dəfn edilən Brus Li və onun oğlu Brendon Linin məzarına gediblər. Onlar qəbirüstə salavat gətirib. Sonra həmyerlilərimizdən biri digərlərinin əlinə gülab suyu töküb. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.


Qeyd edək ki, məşhur döyüşçü Brusli 1973-cü ildə, oğlu Brendon Li 1993-cü ildə "Qarğa" adlı filmin çəkilişləri əsnasında qarnından aldığı güllə yarasından ölüb.

(unikal.orq)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND