Trampın gözü qarşısında ABŞ bayrağı yandırıldı


05.07.2019 11:38
134
Trampın gözü qarşısında ABŞ bayrağı yandırıldı

Müstəqillik günündə 3 nəfər aktivist Ağ Evin qarşısında, Prezident Donald Tramp binada olarkən ABŞ bayrağını yandırıb.


Ekspress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.


Məlumata görə, bayrağın yandırılmasında İnqilabçı Kommunist Partiyasının 3 fəalı iştirak edib. Onlar bunu Trampın Avraam Linkoln memorialına nitq söyləmək üçün yola çıxmasından 1 saat əvvəl təşkil ediblər (axar.az).


Aktivistlər Trampın və ABŞ-ın əleyhinə şüarlar səsləndiriblər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND