Dünyada ilk qatlanan ekranlı smartfon: "Samsung"dan yenilik

21.02.2019 03:51
257
Dünyada ilk qatlanan ekranlı smartfon: "Samsung"dan yenilik

"Samsung" şirkəti dünyada ilk dəfə qatlanan ekranla təchiz edilən smartfonu təmsil edir.


Ekspress.az xəbər verir ki, yeni telefonun təqdimatı San-Fransiskoda keçirilib.

 

Yeni "Samsung Galaxy Fold" smartfonu "Flex Display Infinity" ekranı ilə təchiz olunub. Ekranın diaqonalı 7,3 düymdür. Aparat kompakt qurğu olaraq dəyişə bilər.

 

Həmçinin, smartfon barmaq izlərini skaner edir. Mobil aparatda altı düymə var. Telefonu hazırlayanların sözlərinə görə, yeniliklər videozəng zamanı bir neçə əlavələrdən istifadə etmək imkan verəcək.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND