Yumurta ilə neqativdən təmizlənmək üsulu – Effektli metod


09.05.2019 19:05
451
Yumurta ilə neqativdən təmizlənmək üsulu – Effektli metod

Çiy yumurta ilə insanın neqativ, ağırlıq, xəstəlikdən təmizlənməsi haqqında əsrlərdir xalq arasında danışılır və bu haqda yazılı mənbələr də var. 


Ekspress.az xəbər verir ki, yumurta özü həyatın başlanğıcı hesab edilir, quruluşu, tərkibinə görə insanla bağlılığı və təsiri araşdırılıb. İnanca görə, yumurtasının sarısı – İnsan həyatı, bədəni, ruhudur, Ağı isə ətraf mühit, dünya, insanlardır. 


Bu metod bir çox dünya xalqlarında var, qədimdə xüsusən psixoloji problemi olan, nədənsə qorxan, depressiyada olan insanları yumurta ilə təmizləyərdilər.

Elə indinin özündə də ekstrasens, maq, bir çox dini və ezoterik ayinlərdə bu metoddan istifadə edilir.


Medicina.az insanların maraqlandığı metodunun əsl variantını üzə çıxarıb. Əgər siz bu metodu sınamaq istəyirsinizsə, bilin ki, bunun üçün kiminsə əlavə magik köməyinə, təsirinə ehtiyac yoxdur. Bu sadə ritual üçün kimlərəsə pul ödəməyə də gərək yoxdur.


Sadəcə təzə, kənd yumurtasının olması yetərlidir. Marketlərdə satılan broyler yumurtaları yaramır. 


İlk öncə metodla insanın həqiqətən neqativ və qorxu ilə yüklənib-yüklənməməsini yoxlayıb, diaqnoz edirlər.


Metodu geniş şəkildə təqdim edirik:


-İlk öncə, neqativdən təmizlənəcək insan düz dayanır, saçları açıq, geyimi rahat olmalıdır. Digər bir şəxs, ailə üzvü çiy təzə kənd yumurtasını (mağaza yumurtası olmaz) hər hansı bildiyi dini duanı oxuyaraq (İslamda bismillah, Fatihə, İxlas, Nas) yumurtanı həmin insanın ayağından üzü yuxarı başına kimi onurğa boyu gəzdirir, daha sonra başdan ayağa kimi onurğa boyu diyirlədərək gəzdirir. Yumurta bədənə toxunmalıdır.


-Stəkan götürülür, içinə başından azca aşağı olmaqla su doldurulur.

Həmin yumurtanı suya sındırırsız, qarışdırmırsız. Sonra stəkana pıçıltı ilə bu sözlər deyilir: "Bütün neqativ, pislik, qorxu, dərd, ağırlıq yumurtadan bu suya axsın”


-Stəkanı yatdığınız çarpayıda başınız tərəfdə tərəfə ya döşəyə, ya da hər hansı tumbanın, stulun üzərinə qoyursuz. 

-Səhər yuxudan durub, stəkanı götürüb baxırsız. 


-- Stəkanda yumurtanın ağı, sarısının vəziyyətinə diqqət yetirilir. Əgər suda duman, hiss, köpük, qabarcıqlar, yumurtanın ağının tünd rəng alıb, üzü yuxarı saplar kimi uzanmasını görsəniz, deməli neqativ var. 

 

Əgər sarı partlayıb, qarışıbsa, ümumilikdə stəkanda görüntü yaxşı deyilsə, psixi təsir və depressiya əlamətidir. Yumurtanın ağı sarının üzərini qapaq kimi, papaq kimi örtübsə, güclü ağırlıqdır. 


-Sonra stəkandakı unutaza, kanalizasiyaya axıdılır və bu sözlər deyilir. "Bütün pislik, ağırlıq, neqativ su ilə torpağa gedir, itir, məndən uzaqlaşır”.

-Stəkan soyuq su və duzla yuyulur. Həmin insan isə duş alır.

-Bu ritual ardıcıl olaraq 9 gün yəni 9 dəfə təkrarlanır. 


Adətən 8-9-cu gündə yumurtanı suya çırpdığınız andakı vəziyyətlə səhərki vəziyyət eyni olmalıdır. Bu o deməkdir ki, təmizlənmə gedir. 

Əgər 9 gün yenə də stəkanda vəziyyət xoşagəlməz olsa, bir də 1 ay sonra bu təkrarlanır.


-Əgər kiməsə demək və kömək istəmirsizsə, yumurtanı özünüz də başınızda, boynunuzda gəzdirə bilərsiniz.

-Vacib şərt odur ki, yumurta stəkana sındırılandan sonra ona səhərə kimi heç kim, xüsusən uşaqlar əl vurmasın. Ona görə ritualı elə gecə yatana yaxın edin.


Ekspress.az