Gürcüstan idxal etdiyi elektik enerjisinin 82 %-ni Azərbaycandan alıb

25.01.2019 16:43
272
Gürcüstan idxal etdiyi elektik enerjisinin  82 %-ni Azərbaycandan alıb

Ötən il Gürcüstan 1,5 milyard kilovatt/saatdan çox elektrik enerjisi idxal edib.


Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) illik hesabatında bildirilib.


2018-ci ildə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 1,23 milyard kilovatt/saatdan çoxu və ya 82%-i Azərbaycanın payına düşüb.


İllik müqayisədə Gürcüstan Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmini 34% artırıb.


Ötən il Gürcüstan Rusiyadan 206,495 milyon kilovatt/saat, Ermənistandan 7,8 milyon kilovatt/saat, Türkiyədən isə 64,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi alıb. 2018-cil ilin yalnız fevral ayında Gürcüstan Azərbaycandan Türkiyəyə 13,43 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.


Hesabat ilində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin ümumi həcmi isə 588,64 mln. kilovatt/saat təşkil edib. Bu həcmin də 23,1 mln. kilovatt/saatı Azərbaycanın payına düşüb.


report.az