ANS-in yayımının bərpası gündəlikdə yoxdur - Nuşirəvan Məhərrəmli

07.05.2019 10:57
102
ANS-in yayımının bərpası gündəlikdə yoxdur - Nuşirəvan Məhərrəmli


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.


Ekspress.az xəbər verir ki, N. Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat "ANS Müstəqil və Media Yayım Şirkəti"nin fəaliyyətinin bərpası ilə bağlı deyil:


"ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apelyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND