Bakıda harada “piknik” etmək olar ? - Gözəl məkanlar / FOTO

06.05.2019 13:38
527
Bakıda harada “piknik” etmək olar ? - Gözəl məkanlar / FOTO

Yaz və yay aylarında paytaxt sakinlərinin istirahəti üçün müxtəlif yerlər var. Sakinlər “piknik" etmək üçün Bakının müəyyən ərazilərindən istifadə etmək olar.


"Sahil" qəsəbəsində belə bir yer var. Nisbətən sakit, maşınların olmadığı, səs-küydən uzaq olan bu yerə müxtəlif vaxtlarda "piknik" məqsədi ilə gələnlərin sayı az deyil.



Bundan başqa, insanların rahat istirahət etməsi üçün Dədə Qorqud parkıdır. 2013-cü ildə 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait var (BAKU.WS). Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb.


İnsanların rahat istirahət etməsi üçün Heydər Əliyev Mərkəzinin ətrafı da ideal ərazilərdəndir.

Müasir Bakının simvollarından biri hesab edilən, şəhərin ən müasir memarlıq tikilisi sayılan Heydər Əliyev Mərkəzinin ərazisindəki otun üzərində siz rahat şəkildə istirahət edə, kitab oxuya, piknik edə bilərsiniz.



Eyni zamanda Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı - Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib.Mərkəz ərazisinin ümumi sahəsi 10 ha-dır. Burada növbənöv dekorativ və meyvə ağacları, müxtəlif bitkilər, güllər əkilib. Park sahəsində atraksionlardan ibarət uşaq meydançası var. Ailəvi istirahət edə biləcəyiniz ən yaxşı yerlərdən biridir.


Gözəl mənzərəsi ilə tanınan Badamdarda salınmış Botanika bağı təmiz havası və sakitliyi ilə seçilir. Burda özünüzü şəhərdən kənarda hiss edə bilərsiniz. Bura piknik üçün ən uyğun məkanlardan biridir.

Sadaladığımız mənzərələrdən çəkilən fotoları təqdim edirik:










Ekspress.az

  • SON XƏBƏR
  • TREND