İyun ayının qeyri-iş günlərinin sayı açıqlandı


22.05.2019 11:50
170
İyun ayının qeyri-iş günlərinin sayı açıqlandı

Bu il iyun ayında ölkədə 5 gün qeyri-iş günü olacaq.


Ekspress.az xəbər verir ki, iyunun 5 və 6-sı Ramazan bayramı, 15-də Milli Qurtuluş Günü, 26-da isə Silahlı Qüvvələr Günü qeyd ediləcək. 


Lakin Milli Qurtuluş Günü şənbə gününə təsadüf etdiyi üçün iyunun 17-si də iş olmayacaq.


Beləliklə, bazar günü də nəzərə alınarsa, ardıcıl olaraq iyunun 15,16, 17-si ölkədə qeyri-iş günüdür.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND