"Barselona" qələbə qazandı, "Real" uduzdu - Kral Kuboku

18.01.2019 02:31
101
"Barselona" qələbə qazandı, "Real" uduzdu - Kral Kuboku

Futbol üzrə İspaniya Kubokunun 1/16 mərhələsində "Barselona"-"Levante" qarşılaşması keçirilib. Bir az öncə başa çatan oyunun qalibi Kataloniya klubu olub.


Ekspress.az xəbər verir ki, 3-0 hesabı ilə başa çatan oyunda qolları Ousman Dembele (30, 31) və Lionel Messi (54) vurub.


Qeyd edək ki, ötən gün 1/16 mərhələsində daha bir neçə oyun keçirilib. "Leqanes" öz meydanında "Real Madridi" minimal hesabla məğlub edib - 1-0.


"Real Soseydad" - "Real Betis" oyunu isə heç-heçə yekunlaşıb - 2-2.


"Espanyol" isə evdə "Vilyaral"ı 3-1 hesabı ilə məğlub edib.


AQİL


  • SON XƏBƏR
  • TREND